SOCAR-ın HR direktoru: "Eşidirəm ki, SOCAR-da işə düzəltmək adı ilə filankəs filankəsdən filan qədər pul alıb"

SOCAR-ın HR direktoru: "Eşidirəm ki, SOCAR-da işə düzəltmək adı ilə filankəs filankəsdən filan qədər pul alıb"

Məlumat verdiyimiz kimi, SOCAR-ın İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirlinin Avropa.info-ya geniş müsahibə verib. Müsahibədən maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq.

Asif müəllim SOCAR-ın işə qəbul sistemi ilə bağlı narazılıqların olması ilə bağlı suala belə cavab verib: "Biz bununla bağlı dəfələrlə açıqlamalar verərək cəmiyyətə mesajlar ünvanlamışıq ki, bu prosesdə təkcə bizim departament yox, bütün cəmiyyət iştirak etməlidir. Onu da deyim ki, işə qəbul zamanı biz vətəndaş cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq edirik və işə qəbul zamanı şəffaflığın, obyektivliyin təmin olunması məqsədi ilə onların da nümayənədlərini dəvət edirik. Yəni biz tərəfdən nə lazımdırsa, maksimum onu edirik. Ona görə də Departamentdə neqativ yolla işə qəbul olunması fakta söykənə bilməz."

Asif müəllim həmçinin işə qəbul zamanı rüşvət alınması məsələ ilə bağlı yayılan şayiələrə də öz mövqeyini bildirib: "Bizim departamentdə işə qəbul zamanı nəinki rüşvətdən, hətta kiçik bir “hörmət”dən belə söhbət gedə bilməz. İnsan Resursları Departamentində işə qəbul prosesində hər hansı kənar təsir və ya müdaxilədən də söhbət gedə bilməz. Burada əsas meyar insanın vakansiyanın tələbinə uyğun olan səriştəsidir. Amma onu da məlumdur ki, cəmiyyətdə insanların toruna düşdükləri “fırıldaqçılar” var və onlar bu işlə məşğul olurlar. Bunun da qarşısını biz təkbaşına ala bilmərik. Onu da eşidirəm ki, SOCAR-da işə düzəltmək adı ilə filankəs filankəsdən filan qədər pul alıb. Belə faktlarla bağlı məhkəmədə xeyli iş var və onlara baxılır. Hətta bir neçəsi artıq bitib. Bunlarla bağlı SOCAR olaraq dəfələrlə insanlara müraciət etmişik ki, belə fırıldaqçılara inanmayaraq, şübhə olanda prosesin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına çalışmaq lazımdır. İşə qəbulda narazıçılığa gəldikdə bunu təbii qəbul edirik. Çünki SOCAR-a işə qəbul olmaq istəyən insanlar qat-qat çoxdur."

SOCAR-ın İnsan Resursları Departamentinin rəhbəri departmentə daxil olan şikayətlər haqqında da məlumat verib: "Əsasən işə qəbul zamanı anlaşılamzılqlarla bağlı şikayətlər daxil olur. Bəzən bizi qərəzçilikdə ittiham edirlər. Bu zaman şikayətlər Apellyasiya komissiyası tərəfindən onların iştirakı ilə araşdırılır və videoyazılar ortaya qoyulur və proses obyektiv araşdırılır. O zaman kimin haqlı-haqsız olduğu ortaya çıxır. Fürsətdən istifadə edərək vətəndaşlarımıza tövsiyyə edərdim ki, neqativ halla bağlı iradlarını mənə sosial şəbəkələr vasitəsi ilə deyil, müsabiqə prosesi zamanı və yaxud da nəticəni aldıqda yalnız [email protected] ünvanına göndərməklə bildirsinlər, ancaq real faktlara əsaslanmaqla."

--------------------------------------------------------------------------------------------------------------------------------

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri SATIŞDA

İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub. 

İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib. Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb. 
Kitaba sifarişlərin qəbulu (012) 564 86 85 və (050) 368 12 72 saylı telefonlar və [email protected]email vasitəsilə həyata keçirilir.
İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.

1 Komment

  1. Teymur Qasimov 19 Aprel 2021

    Salam bele bir hadise 2013 cür ilde baş vermişdi hemin ilde ümüd yatağı deyilən ərazidə yerleşen 122 platformada işləyirdim meni ordan kənarlaşdırılır hemin hadise indi yene baş verir Abşeron rayonunda qazma idaresinde 12.20adlanan meydançasında işliye işliye meni yenede işimnen kənarlaşdırılır xahiş edirem meni öz işime qaitmagıma köməklik ederdiz 050 5913931

Şərh yazın

Xəbərlər