HR FORUMU: Şölə Əkbərova Beynəlxalq Bankdakı şəffaf işə qəbul sistemi haqqında

HR FORUMU: Şölə Əkbərova Beynəlxalq Bankdakı şəffaf işə qəbul sistemi haqqında

Xəbər verdiyimiz ki, bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə 4 may 2018-ci il tarixində Bakıda “Human Capital Forum - 2018”  keçirilir. Mks.az saytının media tərəfdaşı olduğu forumda məlumatları Sizə çatdırmağa çalışacıyıq.

İlk olaraq, Azərbaycan Beynəlxalq Bankın İnsan Resursları deparment direktoru Şölə Əkbərova Beynəlxalq Bankda insan resursları məlumatların avtomalaşdırıması haqqında məlumat verilib: " 2017-ci ildən başlayaraq Beynəlxalq Bankda informasiya bazasının mərkəzləşdirməsinə və idarəedilməsinə başlayıb. Mərkəzləşdirmə dedikdə, təkcə informasiyanın bir yerə toplanması yox, o məlumatladan daha effektiv şəkildə istifadə edilməsi nəzərdə tutulurdu. 2-ci əsas fəaliyyətimiz ondan ibarət oldu ki, Beynəlxalq Bankda işə qəbul prossesi sisteminin daha şəffaf həyata keçirilməsini təmin etdik.  Bunun üçün daxili qaydalar sənədlərini hazırladıq, cünki bir şirkət üçün işə qəbul proseslərin rəsmi və yazılı sistemi olmalı idi. Hər kəs üçün açıq olan bu qaydalardan istifadə etməklə istənilən şəxs (namizəddən tutmuş auditorlara qədər) artıq bilir ki, ABB-da işə qəbul, vəzifə artımı hansı kriteriyalar əsasında müəyyənləşir. İşə qəbul sistemi formalaşarkən ilk növbədə daxili resurslarını daha yaxından tanınmağa və onların təşkilatdaxili rəhbər vəzifələrdə çalışmasına şərait yaratmağa çalışdıq. Daxili resursları vasitəsiylə işçi yerləşdirilməsi başa çatdıqdan sonra boş qalan iş yerləri barədə elanlar vasitəsiylə ictimaiyyətə müraciət etdik. Təxminən bir il ərzində ABB-yə 12 000 nəfərdən artıq namizə müraciət edib. Namizədlərin arasında nəinki bank sahəsində yeni karyera qurmaq istəyənlər, hətta müxtəlif kredit təşkilatlarında çalışanlar var idi ki, karyeralarının məhz ABB-də qurmaq istəyirdilər.  İşçilər işə qəbul olduqdan sonra, yeni işçilərin inkişafı ilə bağlı strategiya qurduq.  Ötən il maliyyə sıxıntısı olduğu üçün daha çox daxili resurslar hesabına təlimlər keçirdik. Bunda əlavə, əmək haqqı dərəcələri formalaşdırıldı ki, bu zaman baza əmək haqqı sistemi və nəticələrə uyğun dərəcələrin tətbiq olunması həyata keçirildi. Hal-hazırda ABB-da 1700 nəfərdən artıq işçi çalışır ki, əməkdaşlarının 49 faizi xanımlarıdır. İşçilər üzrə Orta yaş həddi 37 yaşdir."

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər