Bu dəfə də HR-ların peşəkarlığı şübhə altına alındı

Bu dəfə də HR-ların peşəkarlığı şübhə altına alındı

Sahilə Əhmədovadan bəzi HR menecerlərə şapalaq kimi irad

Böyük Britaniyanın Mançester Universtitetində təhsil alan, “Cargolux Airlines” şirkətinin Azərbaycandakı satış və müştəri xidmətləri bölməsinin rəhbəri Sahilə Əhmədova öz Linkedin səhifəsində bəzi HR menecerləri peşəkar olmamaqda, sadə, hətta mənasiz işə qəbul prosesi təşkil etməkdə suçlayıb: "Bu postu yazıram ki, bir çox tanıdığım insanların mənə danışdığı interview prossesindən şok oluram. Şirkətlərdə və işə düzəltmə şirkətlərində çalışan bütün HR-lar, Recruiterler Sizdən çox xahiş edirəm, tortu 2 dəfədə 8 hissəyə bölmə testini, 5-ci sinif uşaqlarının edə biləciyi mənasız testləri, sizin mənfi və müsbət tərəfləriniz kimi boş sualları

intervyu listindən çıxarın! Araşdırın, inkişaf etmiş ölkələrdə necə aparılır intervyu. Unutmayın, bir HR olaraq siz professional maliyyəçidən intervyu götürə bilməzsiniz və götürürsünüzsə, Sizin yanınızda bu işi bilən adam olmalıdı. Sizin tortu bölmə testiniz hətta inkişaf etməmiş ölkələr də belə köhnəlmiş bir prossesdi. Gəlin, inkişaf edək. HR arif insan olmalıdı, ilk görüşdə peşəkarı qeyrıdən ayıra bilməlidi, yoxsa mənasız testlərlə yox! Ümdi edirəm, inkişafa doğru gedirik! Hamıya uğurlar".

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər