Hamilə işçinin iş vaxtını azaltmaq üçün 1 ay gözləmək lazımdır?
Mks.az-ın eksperti, Sərbəst Auditor Altay Cəfərovun təqdimatında
Sual: Bir məsələyə xahiş edirəm aydınlıq gətirəsiniz. İşçi müəssisəyə hamilə olması haqqında arayış təqdim edir, belə olan halda işəgötürən onun iş saatlarını, həftəlik 36 saatdan çox olmamaqla, azaltmalıdır. Bunu rəsmiləşdirmək üçün əmək müqaviləsinə dəyişiklik edilməldirmi? Bu, əmək şəraitinin şərtlərinin dəyişdirilməsidirmi? Əmək Məcəlləsinə görə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi işçiyə 1 ay öncədən xəbərdarlıq etməklə aparılmalıdır. İşçi arayışı bu gün təqdim edibsə, mən onun əmək müqaviləsinə dəyişikliyi 1 ay sonramı etməliyəm, hamilə qadını bir ay 40 saat işlədib sonra dəyişiklik etməliyəm? Bu necə tənzimlənməlidir? xahiş edirəm vaxtınız olanda cavablandırasınız.
Öncədən təşəkkürlər
Ramin Hacı
Cavab: Maraqlı sualdır. Bəli, iş vaxtının müəyyənləşdirilməsi əmək şəraitinin təmin olunmasının bir hissəsidir. İşəgötürən ilə işçi əmək müqaviləsi bağlayan zamanı bunu razılaşdırmalıdır. Sualınızda qeyd etdiyiniz hamiləliyə görə iş vaxtının 1 saat azaldılması da əmək şəraitinin dəyişdirilməsi kimi qiymətləndirilir. Əvvəlcə baxaq 1 ay qabaqcadan xəbərdar etmə məsələsi hansı hallara şamil olunur. Əmək Məcəlləsinin 56-cı maddəsində yazılıb:
Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
-------------------
- İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.
Göründüyü kimi bu maddə işəgötürən tərəfindən əmək şəraitinin dəyişdirilməsi hallarına şamil olunur. Ancaq hamiləliyə görə iş vaxtının 1 saat qısaldılması işəgötürənin təşəbbüsü deyil, bu, məcəllənin məcburi tələbidir. Eyni zamanda, bu hal işçinin əmək şəraitinin yaxşılaşdırılmasıdır. Odur ki, konkret bu halda 1 aydan söhbət gedə bilməz. Sadəcə, yaxşı olar ki, qeyd etdiyiniz kimi işçi arayışı gətirəndən sonra sistemdə 36 saata kimi dəyişiklik aparasınız.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri SATIŞDA
İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub.
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub.
İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib. Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb.
Kitaba sifarişlərin qəbulu (012) 564 86 85 və (050) 368 12 72 saylı telefonlar və [email protected] email vasitəsilə həyata keçirilir.
İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.
0 Komment
Şərh yazın