Formula 1-la əlaqədar 5 günlük qeyri iş günü olacaq

Formula 1-la əlaqədar 5 günlük qeyri iş günü olacaq

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək. “Report” xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aperlin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran Pri həmin binanın qarşısından start götürəcək.

Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir.

0 Komment

    Şərh yazın

    Xəbərlər