Tanınmış HR menecer İpek Araldan motivasiya dərsi

Tanınmış HR menecer İpek Araldan motivasiya dərsi

İpek xanımın fikrincə, şirkətdə motivasiya probleminin olmasını əsas səbəbi hardadır?
 
"HR Summit Baku 2017"nin spikerlərindən olan, dəyərli təlimçi İpek Aral ilə 21 Fevral Saat 20:30-da Business Managment Scholl-un facebook səhifəsində canlı yayımla suallara cavab verib. HR menecerləri üçün maraqlı olacağını nəzərə alaraq, bəzi seçmələri diqqətinizə çatdıracıyıq.
İşçinin motivasiyası ilə bağlı suala cavab verən İpek xanım bildirib ki, motivasiya prossesində əsas kritik nöqtə yönətimin necə olmasıdır:" İşçinin birbaşa rəhbərinin münasibəti bu məsələdə açar rolu oynayır.  Yazıçı Jim Collins "İyiden Mükemmel Şirkete" kitabında qeyd edir ki, bir şirkətdə motivasiya problemi yoxdur, o şirkətdə pis işçi qəbul prossesi var. İdarəetmə qabiliyyəti olmayan insanları rəhbər edərsinizsə, O, idarəetmə prossesində olan işçiləri ... MƏHV edir. HR-lər nəqər gözəl motivasiya sistemi qursalar belə, pis rəhbərin idarəetməsində çalışan ən yaxşı işçisiniz də işdən istefa edər. Şirkətlərdə işçi qəbulu prossesi HR sisteminin ana xətti və ən kritik yeridir. Pis işçiyə nə qədər mükafatlar versəniz belə, yenə də ondan fayda görməyəcəksiniz."
 

0 Komment

    Şərh yazın

    Xəbərlər