ƏMAS Platformasında Növbəti Yenilik: İşçilərin Əmək Müqaviləsinə Xitamla Bağlı Məhdudiyyət (III yazı)

ƏMAS Platformasında Növbəti Yenilik: İşçilərin Əmək Müqaviləsinə Xitamla Bağlı Məhdudiyyət (III yazı)

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏMAS platformasının funksionallığının genişləndirilməsi istiqamətində yeniliklərin tətbiqi davam edir. Platformada əmək müqaviləsinə xitam əmrləri ilə bağlı daha üç mühüm dəyişiklik həyata keçirilib. MKS.az olaraq bu yenilikləri silsilə məqalələrlə diqqətinizə çatdırırıq.

Əvvəlki iki yazımızda xitam əmrlərində QR-kodun tətbiqi"qüvvəyə minəcək" statusunda olan xəbərdarlıq bildirişləri barədə məlumat vermişdik. Bu dəfə isə əmək müqaviləsinə xitam zamanı tətbiq edilən yeni məhdudiyyətdən bəhs edəcəyik.

ƏMAS platformasında tətbiq edilən yeni funksionallığa əsasən, işəgötürən işçinin əmək müqaviləsinə xitam vermək istədikdə, həmin işçinin aktiv elektron xəstəlik vərəqəsi olduğu halda sistem avtomatik olaraq məhdudiyyət bildirişi təqdim edəcək.

Misal.

İşəgötürən ştat ixtisarı ilə əlaqədar işçiyə qanunvericiliyə uyğun xəbərdarlıq edib və bildirişə əsasən əmək müqaviləsinə 31 iyul 2026-cı il tarixində xitam verilməsi nəzərdə tutulub. Lakin işçi 25 iyul 2026-cı il tarixində xəstələnərək onun adına elektron xəstəlik vərəqəsi açılıb.

Bu halda işəgötürən 31 iyul 2026-cı il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi) əsasında əmək müqaviləsinə xitam vermək istədikdə, ƏMAS platforması xitam əmrinin rəsmiləşdirilməsinə icazə verməyəcək və səbəb kimi işçinin aktiv xəstəlik vərəqəsinin mövcud olduğunu göstərəcək.

Məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulan müəyyən xitam əsaslarına münasibətdə tətbiq edilir. Misal üçün, işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdə (Əmək Məcəlləsinin 69-cu maddəsi) işçinin müvəqqəti əmək qabiliyyətsiz olması məhdudiyyət yaratmır.

İşçinin aktiv xəstəlik vərəqəsi olduğu müddətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin aşağıdakı bəndləri üzrə əmək müqaviləsinə xitam verilərkən ƏMAS platforması məhdudiyyət tətbiq edir:

  • 70-ci maddənin "b" bəndi – işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
  • 70-ci maddənin "c" bəndi – peşəkarlıq səviyyəsinin və ya ixtisasının kifayət etmədiyi barədə səlahiyyətli orqanın qərarı olduqda;
  • 70-ci maddənin "ç" bəndi – işçi əmək funksiyasını yerinə yetirmədikdə və ya Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verdikdə;
  • 70-ci maddənin "d" bəndi – sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
  • 70-ci maddənin "e" bəndi – dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçi yaş həddinə çatdıqda.

Bu yenilik işəgötürənlərin əmək müqaviləsinə xitam prosesində qanunvericiliyin tələblərinə riayət etməsini təmin etməyə yönəlib. Aktiv elektron xəstəlik vərəqəsi olan işçilərlə bağlı qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər artıq ƏMAS platforması tərəfindən avtomatik nəzarətdə saxlanılır ki, bu da hüquqi risklərin və sonradan yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edir.

"Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) artıq satışdadır!

HR mütəxəssislərinin ən çox istinad etdiyi nəşrlərdən biri olan "Əməyin uçotu: A-dan Z-yə" kitabının V nəşri artıq satışdadır.

Yeni nəşrdə:

  • 1024 səhifə aktual izah və praktiki məlumat;
  • 1000-dən çox praktiki nümunə;
  • Əmək Məcəlləsinin aktual müddəalarının maddə və bəndlər üzrə izahı;
  • Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların geniş praktik şərhi.

Sifariş üçün: 055 368 12 72 (WhatsApp aktivdir)

E-mail: mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər