ƏMAS platformasında proaktiv hesablama ilə əlaqədar məzuniyyət əmri üzrə YENİ TƏLƏB

ƏMAS platformasında proaktiv hesablama ilə əlaqədar məzuniyyət əmri üzrə YENİ TƏLƏB

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 189 saylı qərarı üzrə edilən dəyişikliklərə əsasən, qismən ödənişli sosial məzuniyyət üzrə ödənişlərin həyata keçirilməsi proaktiv qaydada təmin ediləcək

Növbəti tematik təlim 18 aprel 2026-cı il tarixdə “Əmək haqqı: A-dan Z-yə” mövzusunda keçiriləcək. Tematik təlimdə məzuniyyət, müavinət və kompensasiya hesablanması, ezamiyyə normaları, orta əmək haqqı, gecə və axşam növbələrinin tətbiqi, növbəli iş rejimi, aliment və icra sənədləri üzrə tutulmalar, eləcə də digər vacib məqamlar haqqında məlumat veriləcək. Eyni zamanda, tematik təlim çərçivəsində Vahid bəyannamənin doldurulması praktik misallarla izah ediləcək. Tematik təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı telefon nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq lazımdır.

1 may 2026-cı il tarixdən etibarən, işəgötürən Əmək Məcəlləsinin 127-ci maddəsiƏmək Məcəlləsinin 138-ci maddəsi-nin tələblərinə uyğun olaraq ƏMAS platforması altsistemində tərtib etdiyi əmrin məlumatlarına əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən işçiyə ödənişlərin proaktiv qaydada həyata keçirilməsi təmin ediləcək.

Yəni, işəgötürən tərəfindən DSMF-ə hər hansı protokol, uşağın doğum haqqında şəhadətnaməsi, ərizə və digər məlumatların e-gov.az portalı vasitəsilə təqdim edilməsinə ehtiyac qalmır.

ƏMAS altsistemində edilən dəyişikliklərə əsasən, işəgötürən qismən ödənişli sosial məzuniyyət əmri hazırlayarkən mütləq olaraq 3 yaşınadək övladın FİN kodunu daxil etməlidir:

Əmək Məcəlləsinin 127-ci maddəsi-nin tələblərinə əsasən, uşağın üç yaşı tamam olanadək valideynə qismən ödənişli sosial məzuniyyət verilməsi nəzərdə tutulur. Lakin ƏMAS altsistemində 3 yaşdan yuxarı uşağın məlumatlarının daxil edilməsi zamanı hər hansı texniki məhdudiyyət tətbiq edilmir. Böyük ehtimalla, uşağın yaşı 3-dən çox olduqda, DSMF tərəfindən imtina ilə bağlı bildiriş təqdim ediləcək.

Qeyd edək ki, 18 aprel 2026-cı il (şənbə günü) keçiriləcək “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə 1 may 2026-cı ildən yeni qayda ilə hesablanacaq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər haqqında geniş məlumat veriləcək. Tematik təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı telefon nömrəsi ilə (WhatsApp aktivdir) əlaqə saxlamaq mümkündür.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər