1 may tarixindən etibarən ƏMAS altsistemində sosial məzuniyyət rəsmiləşdirilmədikdə DSMF niyə ödəniş həyata keçirməyəcək?

1 may tarixindən etibarən ƏMAS altsistemində sosial məzuniyyət rəsmiləşdirilmədikdə DSMF niyə ödəniş həyata keçirməyəcək?

Satışı yekunlaşmaqda olan "Əmək Məcəlləsi 2026" kitabından seçmə

Növbəti tematik təlim 11 aprel 2026-cı il tarixdə saat 10:00-da "Məzuniyyətin uçotu və inzibati cərimələr" mövzusunda həyata keçiriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) və mksacademy2022@gmail.com email adresslə əlaqə saxlamaq lazımdır.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 7.2.1-ci maddəsinə əsasən, bu Qaydanın 3.1-ci bəndində göstərilmiş qaydada əldə olunmuş məlumatlar əsasında müavinət sığortaçı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.
Öncəki bölmələrdə qeyd etdiyimiz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması üçün elektron xəstəlik vərəqəsi kifayət edirdisə, hamiləliyə və doğuma görə məzuniyyətdə əlavə addım tələb olunur. Belə ki, işəgötürən tərəfindən ƏMAS altsistemində hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edilməlidir. Məhz bu əmrin sistemə daxil edilməsindən sonra məlumatlar avtomatik olaraq DSMF-ə ötürülür və müavinət proaktiv qaydada təyin edilir. 

Bu səbəbdən də, Hamiləliyə və doğuma görə müavinətin təyin olunması üçün əsas şərt – işəgötürən tərəfindən ƏMAS altsistemində məzuniyyət əmrin vaxtında və düzgün daxil edilməsidir.

Bildiyimiz kimi, hamiləliyə və doğuma görə məzuniyyət zamanı Əmək Məcəlləsinin 127-ci maddəsi ilə müəyyən edilmiş müddətlər üzrə müavinət tam məbləğdə DSMF tərəfindən ödənilir. Bu səbəbdən işəgötürən tərəfindən ödəniş həyata keçirilmir və əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə tətbiq edilən 14 günlük bölgü mexanizmi burada tətbiq olunmur.
Qaydaların 7.2.2-ci bəndinə əsasən, müavinətin məbləği bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanır və sığortaçının səlahiyyətli vəzifəli şəxsinin (şəxslərinin) gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra ödənilməsi üçün mühasibatlığa ötürülür.

Qaydaların tələblərinə əsasən:
- hesablanma əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdə istifadə edilən düstura uyğun aparılır;
- müavinət 100 faiz miqdarında ödənilir;
- aylıq məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq minimum əmək pensiyasının 25 mislindən artıq ola bilməz.

Beləliklə, həm ümumi hesablanma düsturu, həm də maksimum hədd məhdudiyyəti nəzərə alınmaqla məbləğ təsdiqlənərək ödəniş üçün mühasibatlığa göndərilir.
Qaydaların 7.2.3-cü maddəsinə əsasən, ödəniş tələb olunan rekvizitlər (bank hesabı, müxbir hesab, hesablaşma hesabı) EHİS vasitəsilə əldə edilməklə və ya rəqəmsal həllər tətbiq edilməklə həyata keçirilir.

Qaydalardan göründüyü kimi, işəgötürən tərəfindən işçinin bank rekvizitlərini ayrıca təqdim etməyə ehtiyac yoxdur. Sistem mövcud dövlət informasiya resursları əsasında rekvizitləri əldə edir və ödənişi avtomatlaşdırılmış qaydada həyata keçirir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər