İşəgötürən tərəfindən əmək vəzifələrinin pozulması ilə bağlı işçinin işdən kənarlaşdırılmasında hansı vacib məqamlar var?
Satışı davam edən "Əmək Məcəlləsi 2026" kitabından seçmə
"Əmək Məcəlləsi 2026" kitabını sifariş üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır. Mündəricatla tanış olmaq üçün link: https://mks.az/upload_files/pdf/On_Soz_Emek_Mecellesi_2026.pdf
Əmək Məcəlləsinin 62-ci maddəsinin “e” bəndinə əsasən, işçi əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə işəgötürən onun işdən kənarlaşdırılmasını həyata keçirə bilər. Bu bənd işəgötürənə işdən kənarlaşdırma hüququ verir, lakin sui-istifadə halları da yarana bilər.
Madə ilə bağlı vacib məqamlar haqqında məlumat vermək istəyirik.
Birinci məqam əmək vəzifələrinin pozulması hallarının müəyyən edilməsidir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur:
a) Xəstəlik, yaxın qohumun xəstələnməsi və ya vəfatı istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
b) Alkoqollu içkilər, narkotik və psixotrop maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi və ya iş yerində həmin maddələri qəbul etməsi;
c) Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində işəgötürənə maddi ziyan vurması;
ç) Təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə zərər yetirməsi və ya onların həlak olması;
d) Dövlət, kommersiya və ya vergi sirrinin yayılması və ya gizli saxlanması üzrə öhdəliklərin pozulması;
e) Əmək fəaliyyəti zamanı kobud səhvlər və hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) Altı ay ərzində əvvəlki intizam tənbehindən nəticə çıxarmayaraq yenidən əmək funksiyasını pozması;
f) İş vaxtı ərzində inzibati xətalara və ya cinayət tərkibli ictimai təhlükəli əməllərə yol verməsi;
g) Konfidensial fərdi məlumatların yayılması (“Fərdi məlumatlar haqqında” Qanuna əsasən).
Maddədə ikinci hal isə, əmək vəzifələrinin pozulması hallarında işçinin araşdırmaya maneçilik törədilməsi halıdır. Əmək Məcəlləsinin 62-ci maddəsinin “e” bəndinə əsasən, işçinin əmək vəzifələrinin pozulmasının araşdırılmasına maneçilik törətməsi halı işdən kənarlaşdırma üçün əsasdır. Maddənin tələblərinin misallarla izah edək:
Mİsal 1. Müəssisənin daxili nəzarət bölməsi anbarda mallar qalıqları üzrə çatışmazlıq aşkar edir. Əgər baş anbardar araşdırmaya maneçilik törətmirsə və sənədləri operativ təqdim edirsə, işdən kənarlaşdırılması qanunsuzdur.
Mİsal 2. İşəgötürən yalnız şübhə yarandığını müəyyən edibsə, bu şübhə əmək vəzifələrinin pozulması kimi qiymətləndirilə bilməz.
Mİsal 3. Baş anbardar sənədləri təqdim etməyərək araşdırmaya qəsdən maneçilik törədirsə, bu halda işəgötürən onun işdən kənarlaşdırılmasını həyata keçirə bilər.
Üçünci məqam işəgötürənin maddədə qeyd edilən hallardan sui-istifadə etməsidir. Belə ki, işəgötürən qərəzli işçinin işdən kənarlaşmasınıı həyata keçirir ki, həmin dövrdə əmək haqqı da almayan işçi əmək müqaviləsinə xitamla bağlı ərizə ilə müraciət etsin.
Əmək Məcəlləsinin 62-ci maddəsinin beşinci hissəsinə əsasən, işçi işdən kənarlaşdırmanı qanunsuz və əsassız hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bu, işəgötürənin qərəzli davranışı, saxta sənədlər və digər faktlara əsaslanan sui-istifadə hallarını əhatə edir. Məqsəd işçinin pozulmuş hüquqlarının bərpası və şərəf və ləyaqətinin qorunmasıdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın