Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?

Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?

Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə

"Əmək Məcəlləsi 2026" kitabını sifariş üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır.  Mündəricatla tanış olmaq üçün link: https://mks.az/upload_files/pdf/On_Soz_Emek_Mecellesi_2026.pdf

Dəyişikliyə qədər Əmək Məcəlləsinin 108-ci maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılırdı.
Maddədə qeyd edilən “göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti” ifadəsi bəzi həmkarlarımız tərəfindən fərqli yanaşmalara səbəb olurdu.

Misal. 2025-ci ildə Azərbaycan xalqının Milli Qurtuluş Günü (15 iyun) bazar gününə təsadüf edirdi. Bəzi həmkarlar hesab edirdilər ki, beş günlük iş rejimində 15 iyun 2025-ci il tarixindən öncəki iş günü cümə günü olan 13 iyun 2025-ci il tarixidir və bu səbəbdən də həmin gün iş vaxtının müddəti bir saat qısaldılmalıdır. Təbii ki, bu cür yanaşma düzgün hesab edilə bilməzdi.


Dövlət orqanlarına daxil olan sorğuların xüsusi çəkisi nəzərə alınaraq, Əmək Məcəlləsinin 108-ci maddəsində “günü qabağı” sözləri “günündən bilavasitə əvvəl gələn” sözləri ilə əvəz edilməsi qərara alındı.

Misal. 8 mart 2025-ci il tarixi (Qadınlar Günü) bazar gününə təsadüf edir. Beş günlük iş rejimində 8 mart tarixli bayram günündən bilavasitə əvvəl gələn iş günü mövcud olmayacaq. Çünki 7 mart 2025-ci il tarixi şənbə gününə təsadüf etdiyindən həmin tarix iş günü hesab edilmir.
Həmkarlarımıza bildirmək istəyirik ki, Əmək Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü günündən bilavasitə əvvəl gələn iş gününün müddətinin bir saat qısaldılmasının tabeldə qeydiyyatına xüsusi diqqət yetirsinlər. Təcrübədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş gününün müddətinin bir saat qısaldılmaması hallarında inzibati cərimələrin tətbiq edilməsi hallarına rast gəlinir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər