Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?
Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə
"Əmək Məcəlləsi 2026" kitabını sifariş üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır. Mündəricatla tanış olmaq üçün link: https://mks.az/upload_files/pdf/On_Soz_Emek_Mecellesi_2026.pdf
Həmkarlarımızdan daxil olan suallardan biri ondan ibarətdir ki, niyə Əmək Məcəlləsində məzuniyyət hesablanması zamanı həmişə sonuncu əmək haqqı tətbiq edilmir. Məzuniyyət üçün orta əmək haqqı sonuncu əmək haqqından yüksək ola bilərmi?
Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Nazirlər Kabinetinin 137 saylı qərarı ilə məzuniyyət üçün orta əmək haqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənişlərin siyahısı müəyyən edilib.
Əmək Məcəlləsinin 140-cı maddəsinin üçüncü hissəsinə əsasən, məzuniyyət günlərinin əmək haqqını müəyyən etmək üçün, məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünərək orta aylıq əmək haqqı tapılır. Sonra bu məbləğ ayın təqvim günlərinin orta illik miqdarı olan 30,4-ə bölünərək bir günlük əmək haqqı müəyyən edilir. Nəticədə bir günlük əmək haqqı məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Mümkündür ki, işçi məzuniyyət hüququndan istifadə etdiyi dövrdən əvvəlki 12 ay ərzində mükafatlar, əvəzetmələr, bayram günləri və iş vaxtından artıq işlərə görə əlavə əldə etsin. Bu halda, Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən hesablanan bir günlük əmək haqqı daha yüksək olacaq. Beləliklə, işçinin məzuniyyət dövründəki orta əmək haqqı sonuncu əmək haqqısından yüksək ola bilər.
Digər nümunələr də mövcuddur:
Misal 1. Mühəndis vəzifəsində çalışan işçinin tarif (vəzifə) maaşı 1400 manat olub. Həmin vəzifədə 1 il çalışdıqdan sonra işçi tarif (vəzifə) maaşı 800 manat olan mütəxəssis vəzifəsinə keçir. İşçi məzuniyyət hüququndan istifadə etdikdə, son 12 ayın göstəricilərinə əsasən orta əmək haqqı 1400 manat üzərindən hesablanacaq. Nəticədə məzuniyyət üçün ödəniləcək əmək haqqı işçinin məzuniyyət dövründəki sonuncu əmək haqqısından yüksək olacaq.
Misal 2. İşçi son 3 ay ərzində başqa işçini əvəz etdiyi üçün əvəzetməyə görə əlavə əmək haqqı alıb. Əvəzetmə bitdikdən sonra işçi məzuniyyətə çıxdıqda, son 12 ay üzrə hesablanan orta əmək haqqı onun sonuncu əmək haqqısından yüksək ola bilər.
Bu misallardan aydın olur ki, Əmək Məcəlləsində məzuniyyət dövrü üçün yalnız “sonuncu əmək haqqı”nın tətbiqi bəzi işçilərin hüquqlarının pozulmasına səbəb ola bilər. Buna görə, məzuniyyət hesablanarkən son 12 ay üzrə orta əmək haqqı nəzərə alınır ki, işçinin hüquqları qorunsun.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın