Çalışmanın yaş həddi ilə bağlı müddətin uzadılması prosesi necə həyata keçirilməlidir?
Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə
Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisədə 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin ümumilikdə 5 ildən artıq uzadılmasına yol verilmir.
Təcrübədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı iki əsas yanlış yanaşmaya rast gəlinirdi.
Birinci yanlış ondan ibarət idi ki, bəzi işəgötürənlər işçinin yaşı 65-ə çatdıqda onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verir, daha sonra isə Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndində nəzərdə tutulan pensiya yaşına çatdıqdan sonra işləmək istəyi halını əsas götürərək işçi ilə müddətli əmək müqaviləsi bağlayırdılar.
İkinci yanlış isə ondan ibarət idi ki, bəzi işəgötürənlər işçinin çalışma yaşına çatmasını əsas gətirərək onunla bağlanılmış əmək müqaviləsini müddətli əmək müqaviləsinə çevirirdilər. Müddət başa çatdıqdan sonra isə bir sıra hallarda işəgötürən müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə uyğun olaraq xitam verirdi.
İşəgötürənlər tərəfindən yol verilən bu yanlışlıqların aradan qaldırılması məqsədilə Əmək Məcəlləsinin 10-1-ci maddəsinə 10-1.7-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsinin 10-1.2-ci və ya 10-1.3-cü maddələrinə uyğun olaraq çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Bu halda işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddət üçün müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
Beləliklə, işçinin yaşı 65-ə çatdıqda və çalışma müddətinin uzadılması barədə qərar qəbul edildikdə, bu uzadılma yalnız işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilməlidir. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verməməli və ya onu müddətli əmək müqaviləsinə çevirməməlidir.
Sonda bir məqama da aydınlıq gətirək. MKS Academy tərəfindən keçirilən tematik təlimlər zamanı bəzi həmkarlarımız tərəfindən Əmək Məcəlləsinə əlavə edilmiş 10-1.7-ci maddə ilə bağlı yanlış anlaşma müşahidə edilmişdir. Belə ki, maddədə yer alan “işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə yol verilmir” ifadəsi bəzən elə başa düşülür ki, çalışmanın yaş həddinin uzadılmış müddəti başa çatdıqdan sonra da 70-ci maddənin “e” bəndinə əsasən xitam verilməməlidir. Halbuki bu ifadə yalnız çalışma müddətinin uzadıldığı dövrə aid edilir.
Misal. Dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan işçinin yaşı 65-ə çatdığı üçün onun çalışma müddəti 1 il müddətinə uzadılır. Həmin müddət başa çatdıqdan sonra işəgötürən çalışma müddətinin yenidən uzadılmasına qərar vermədiyi halda, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən — çalışmanın yaş həddinə çatması səbəbi ilə xitam verilməlidir.
"Əmək Məcəlləsi 2026" kitabını sifariş üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır. Mündəricatla tanış olmaq üçün link: https://mks.az/upload_files/pdf/On_Soz_Emek_Mecellesi_2026.pdf
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın