İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidir?
Növbəti onlayn tematik təlimimiz 7 fevral 2026-cı il (şənbə), saat 10:00-da “Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda keçiriləcək. Təlimdə Əmək Məcəlləsində dəyişikliklər, ƏMAS altsistemində yeniliklərlə yanaşı xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasının yeni qaydası ilə bağlı məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) və mksacademy2022@gmail.com vasitəsilə əlaqə saxlamaq kifayətdir.
Həmkarlarımızı maraqlandıran digər məsələ işçinin işlədiyi dövrdə və ya əmək müqaviləsinə xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablandıqda sonuncu əmək haqqı ilə müqayisənin aparılıb-aparılmamasıdır.
Əmək Məcəlləsinin 140-ci maddəsinin dördüncü hissəsində qeyd edilir ki, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir. Həmin maddədə nəzərdə tutulan prosedur yalnız istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanmasına aiddir.
İşəgötürən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesabladıqda, əmək məzuniyyətində olduğu kimi, son 12 ayın nəzərə alınan gəlirlərini toplayır, 12-yə bölür və alınan nəticəni 30,4-ə bölərək bir günlük məbləği müəyyən edir. Sonra bu məbləğ istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulur.
Əmək Məcəlləsinin 111-ci maddəsi isə yalnız məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatını tənzimləyir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənildiyi halda, işçi məzuniyyət hüququndan istifadə etmədiyi üçün sonuncu əmək haqqı ilə müqayisə aparılmır.
Yekun olaraq qeyd edək ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, istər işçinin işlədiyi dövrdə, istərsə də əmək müqaviləsinə xitam zamanı hesablandıqda, sonuncu əmək haqqı ilə müqayisənin həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.
Yaxın günlərdə dərc olunacaq “Əmək Məcəlləsi 2026” kitabında Əmək Məcəlləsində təsdiq edilən son dəyişikliklərin izahı ilə yanaşı, Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi dəyişikliklər və xəstəlik vərəqəsi ilə bağlı yeniliklər ətraflı izah olunacaq. Kitabı sifariş etmək üçün 050-368-12-72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın