RƏSMİ: Uşağın anadan olması ilə əlaqədar kişilər üçün 14 günlük “atalıq” məzuniyyəti təsdiqləndi

RƏSMİ: Uşağın anadan olması ilə əlaqədar kişilər üçün 14 günlük “atalıq” məzuniyyəti təsdiqləndi

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib. Həmin qanuna əsasən, kişi cinsindən olan işçilər uşağın doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli məzuniyyətdən istifadə etmək hüququna malik olacaqlar.

Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə, ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

“Atalıq məzuniyyəti” ilə bağlı əsas məqamlar aşağıdakılardır:

  • İşçi bu məzuniyyətdən istifadə etmək üçün tibb müəssisəsindən arayış alaraq işəgötürənə təqdim etməlidir;

  • İşçinin məzuniyyət dövrü doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməlidir. Məsələn, doğuş tarixi 1 mart olaraq müəyyən edilibsə, işçinin “atalıq” məzuniyyəti 1 mart tarixindən əvvəl başlamalı və həmin tarixdən sonra başa çatmalıdır;

  • İşçinin həyat yoldaşının əmək münasibətlərində olub-olmaması ilə bağlı hər hansı tələb müəyyən edilməyib. Yəni, uşağı dünyaya gətirən xanım işləyən və ya evdar ola bilər. Hər iki halda kişi işçinin atalıq məzuniyyəti hüququ yaranır;

  • İşçinin 14 günlük “atalıq” məzuniyyəti dövründə orta əmək haqqı ödənilir. İşəgötürən işçinin 14 təqvim gününə düşən iş günlərinə uyğun olaraq əmək haqqını hesablamalıdır;

  • “Atalıq” məzuniyyətinin hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə uyğun olaraq, son iki ayın göstəriciləri əsasında aparılmalıdır. Hesablama nəticəsində müəyyən edilən 1 iş gününə düşən orta əmək haqqı, “atalıq” məzuniyyəti dövründəki iş günlərinin sayına vurulur.

Məlumat üçün bildirək ki, MKS Academy-nin Əmək Məcəlləsində təklif edilən dəyişikliklərə dair təlimini 50 faiz endirimlə, yəni 20 manat ödəməklə əldə etmək mümkündür.

3 saat 18 dəqiqə davam edən tematik təlimi 20 manat ödəniş etməklə aşağıdakı materiallara da sahib ola bilərsiniz:

  • Təlimin sertifikatı

  • Təlimin təqdimatı

  • 1 yanvar 2026-cı il tarixindən tətbiq olunan əmək haqqı cədvəli

  • İşçinin haqq-hesab cədvəli

  • Məzuniyyət və əmək haqqının müqayisə cədvəli

  • Net-dən Gross-a və 2025-ci il göstəriciləri əsasında 2026-cı il üçün cədvəlin hazırlanması

  • Kvota hesablama cədvəli

Təlimi əldə etmək üçün 050-368-12-72 nömrəsi (WhatsApp aktivdir) ilə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər