Elektron əmtəə-nəqliyyat qaiməsi olmadan malların daşınmasına görə cəriməni hansı qurum tətbiq edə bilər?

Elektron əmtəə-nəqliyyat qaiməsi olmadan malların daşınmasına görə cəriməni hansı qurum tətbiq edə bilər?

Satışı yekunlaşan "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

MKS Academy  15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn, saat 14:00 – 17:00-da isə əyani formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.

“Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi ilə bağlı qaydalar”ın 1.3.-cü bəndində qeyd edilir ki, elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsi olmadan daşınma edərsə, o zaman qanunvericilik tələbi pozulmuş hesab ediləcək. Malların alqı-satqısı zamanı onların daşınması nəzərdə tutulursa, vergitutma məqsədləri üçün elektron əmtəə-nəqliyyat qaiməsinin mövcud olmaması və ya orada təhrif edilmiş məlumatların olması əməliyyatın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə səbəb ola bilər.
İnzibati məsuliyyətə gəlincə isə, İnzibati Xətalar Məcəlləsinin 323.2-ci maddəsinə əsasən, əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə qırx manat məbləğində cərimə edilir. Burda daşınan yüklərin həcmi inzibati cərimə məbləğinə hər hansı təsiri yoxdur. Çünki İnzibatı Xətalar Məcəlləsinin 323.2-ci maddəsində inzibati cərimə sabit məbləğ olaraq 40 manat müəyyənləşdirilib.  
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilən “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 323-cü maddəsi üzrə səlahiyyət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə verilib. 
Bu səbəbdən də, yol-patrul xidməti baş inspektorları və inspektorları də elektron əmtəə-nəqliyyat qaiməsi olmayan nəqliyyat vasitəsini 40 manat məbləğində cərimələyə bilər. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər