Fiziki şəxs işçisi olduğu işəgötürənə 2025-ci ildə VÖEN əsasında xidmət göstərə biləcək?
Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə
1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində mikro sahbikarlıq subyektləri ilə bağlı edilən dəyişiklikdən sonra əksər işəgötürənlər onlara VOEN əsasında xidmət edən şəxsləri əmək müqaviləsi işə cəlb etdilər. 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 102.1.30-1-ci maddə həmin işəgötürənlərin yenidən VÖEN əsasında xidmət müqaviləsinə keçməsini stimullaşdıra bilər. Bu cür halların qarşısını almaq üçün Vergi Məcəlləsinə 102.9-cu maddə əlavə edilib. Həmin maddəyə əsasən, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.
Maddənin tələbini misalla izah edək.
Mİsal 1. Vergi ödəyicisinə proqram təminatının işlənməsi sahəsində xidmət göstərən fiziki şəxsin əmək müqaviləsinə 2025-ci ilin mart ayında xitam verilir. Fiziki şəxs əmək müqaviləsinə xitam tarixindən 1 il müddətinə həmin vergi ödəyicisinə proqram təminatının işlənməsi sahəsində VÖEN əsasında xidmət göstərsə, 75 faizlik güzəştdən yararlana bilməyəcək.
Mİsal 2. Vergi ödəyicisi tərcüməçi vəzifəsində çalışan işçinin əmək müqaviləsinə 2025-ci ilin aprel ayında xitam verib. Həmin şəxs 2025-ci ilin iyul ayında həmin işəgötürənə reklam xidməti göstərib, bu zaman vergi ödəyicisi Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsindəki güzəştdən faydalana biləcək. Çünki Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində “eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda” ifadəsindən istifadə edilib. Misalımızda vergi ödəyicisi əvvəlki işəgötürənə fərqli xidmət göstərdiyi üçün Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin əhatə dairəsinə düşmür.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın