Əmək Müfəttişliyinin əmək qanunvericiliyinə nəzarətlə bağlı yoxlamaları bərpa olunur?
MKS Academy 18 yanvar 2025-ci il tarixdə “ƏMAS Platforması: A-dan Z-yə” və “İş vaxtının uçotu və əmək müqaviləsinə xitam” mövzularında tematik təlim keçirəcək. Saat 10:00-da başlayacaq “ƏMAS Platforması: A-dan Z-yə” təlimi onlayn (ZOOM) formatda olacaq. Saat 13:30-a planlaşdırılan “İş vaxtının uçotu və əmək müqaviləsinə xitam” təlimi isə Caspian Plazada əyani formatda keçiriləcək. Təlimlərdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.
20 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən bəzi sahələr üzrə yoxlamaların aparılmasına icazə verilmir. Hər il Prezident tərəfindən müvafiq qanuna dəyişiklik edilməklə aparılmasına icazə verilməyən yoxlamaların müddəti uzadılır. Sonuncu dəfə 26 dekabr 2023-cü il tarixli qanunla yoxlamaların dayandırılması müddəti 2024-cü ilin 1 yanvar tarixindən bir il müddətə artırılıb.
Qanuna əsasən, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Göründüyü kimi, yoxlamaların həyata keçirilməsinə icazə verilən sahələrin siyahısında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə nəzarət məqsədi ilə aparılan plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar yoxdur. Maraqlıdır, 1 yanvar 2025-ci il tarixdən DƏMX işəgötürənlərdə növbəti və növbədənkənar yoxlamalar həyata keçirə biləcək? Hələki Prezident tərəfindən yoxlamaların dayandırılması müddəti növbəti 1 il üçün artırılmayıb. Amma gözlənilir ki, yoxlamaların dayandırılması müddəti daha bir il müddətinə uzadılsın. Qərarın rəsmilik qazanması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik haqqında qanunun qəbul edilməsi lazımdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın