ƏMAS altsistemində işəgötürənlərin faydasına İNQİLABİ DƏYİŞİKLİK

ƏMAS altsistemində işəgötürənlərin faydasına İNQİLABİ DƏYİŞİKLİK

İşəgötürən işçidən həmin sənədi kağız formada tələb etməsinə ehtiyac olmayacaq?

MKS Academy tərəfindən dekabrın 14-də, saat 11:00- 14:00 aralığında keçiriləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat veriləcək. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ƏMAS altsistemində işəgötürənlərin faydasına yeni dəyişikliklərin həyata keçirilməsi davam edir.  Noyabr ayında məhkumluq haqqında arayışının elektron sənəd formasında ƏMAS altsisteminə yüklənməsi prosesi həyata keçirilib. Həmin prosesdən öncə də işəgötürən işçinin sağlamlıq haqqında arayışını da (Forma 86) ƏMAS altsistemindən əldə etmək imkanına malik idi. ƏMAS altsisteminə edilən son dəyişikliyə əsasən, işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda tibb müəssisəsində tərtib edilən xəstəlik vərəqəsi üzrə məlumatlar ƏMAS altsiteminə avtomatik yüklənəcək.

İşəgötürən işçilərin xəstəlik vərəqəsi üzrə məlumatlarla tanış olmaq üçün ƏMAS altsistemində “ƏMAS” bölməsinin “Xəstəlik vərəqələri reyestri” altbölməsinə daxil olmalıdır:

İşəgötürən “xəstəlik vərəqələri reyestri” bölməsində “xəstəlik vərəqələri bildirişləri”, “xəstəlik vərəqləri” və “müraciət barədə arayışlar” altbölmələrindən istifadə edə bilər.  Həmin bölmədə işçilərin xəstəlik vərəqəsində qeyd edilən məlumatların əksəriyyəti (işçi haqqında məlumatlar, əmək qabiliyyətinin itirilmə növü , Rejim, Rejimin pozulması  və s) əks olunur.

Bir daha bildirək ki, ƏMAS altsistemində bütün proseslər və edilən son dəyişikliklər haqqında geniş məlumat 14 dekabr 2024-cü il tarixdə həyata keçriiləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər