ƏMAS altsistemində 6 günlük iş həftəsində çalışanlar üçün ƏLA DƏYİŞİKLİK

ƏMAS altsistemində 6 günlük iş həftəsində çalışanlar üçün ƏLA DƏYİŞİKLİK

MKS Academy-nin sayca 8-ci “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimi 21 dekabr 2024-cü ildə saat 11:00-da baş tutacaq. 300-ə yaxın məzunu olan tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat verilir. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan 3 saatlıq tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Xəbər verdiyimiz kimi, dövlət qurumu tərəfindən son günlər ƏMAS altsistemində işəgötürənlər üçün ciddi yeniliklər edilib.  ƏMAS altsisteminə edilən dəyişikliklərdən biri də altıgünlük iş həftəsi ilə baglıdır. Bir müddət öncə ƏMAS altsistemində altıgünlük iş həftəsi ilə bagli “İş vaxtının rejimi barədə məlumat ” bölməsi deaktiv edilmişdi. İşəgötürən işçini altıgünlük iş həftəsində tam iş vaxtı ilə işə qəbul etdikdə, həftənin altı günü üçün eyni iş saatlarını seçmək məcburdiyyətində qalırdı. İşəgötürənlər bu səbəbdən də “iş vaxtının növü” bölməsində “tam iş vaxtı” yox, “natamam iş vaxtı” kimi qeyd etmək məcburiyyətində qalırdı. İşəgötürənlərin də haqlı narazılığına səbəb olan hal bagli MKS Academy-nin ekspertləri də dövlət qurumlarına məlumat vermişdi. Dövlət qurumundan verilən məlumata əsasən, ƏMAS alstistemində qeyd edilən məhdudiyyətin tətbiqi qanunvericiliyi tələbi əsasında yox, texniki səbəblərə görə baş vermişdi.

Sevincidirici haldır ki, dövlət qurumu tərəfindən ƏMAS altsistemində edilən dəyişikliyə əsasən, altıgünlük iş həftəsi üçün qeyd edilən məhdudiyyət aradan qaldırılıb. İşəgötürən “iş vaxtının növü” və “iş rejimi” bölmələrində müvafiq olaraq “tam iş vaxtı” və  “6 günlük” seçdikdə avtomatik “İş vaxtının rejimi barədə məlumat ” bölməsinin qeydlər hissəsində məlumatları daxil etmək mümkün oluar. Bu halda işəgötürən işçinin həftənin ilk 5 günü 7 saat və şənbə günü 5 saat iş vaxtı olması ilə bagli qeydlərini həyata keçirə bilər:

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın