2024-cü ilin istehsalat təqvimində qeyri iş günü kimi qeyd edilən 23 dekabr tarixi ilə bağlı VACİB MƏQAM

2024-cü ilin istehsalat təqvimində qeyri iş günü kimi qeyd edilən 23 dekabr tarixi ilə bağlı VACİB MƏQAM

Məzuniyyət dövründə 23 dekabr 2024-cü il tarixi qeyri-iş günü kimi nəzərə alınmalıdır?

------------------------------------------------------------------------

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

------------------------------------------------------------------------

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının  15 dekabr 2023-cü il tarixli, № 3-17/3-5-42/2023 saylı qərarı ilə  2024-cü il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiq edilib. Həmin sənəddə qeyd edilir ki,  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. Bu səbəbdən də, 2024-cü ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2024-cü ilin 23 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınıb. Beləliklə, 2024-cü il üçün istehsalat təqviminə əsasən, beşgünlük iş rejimi üzrə  20 iş günü və 159 saat müəyyən edilib.

Seçki Məcəlləsinin 8-ci “Seçkilərin (referendumun) təyin edilməsi müddəti” maddəsinin birinci bəndinə əsasən, Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir. Seçki Məcəlləsinin tələblərindən göründüyü kimi, 23 dekabr 2024-cü il tarixdə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmayacaq.

İnsan resursları sahəsində çalışan həmkarlarımız 2024-cü ilin istehsalat təqvimində qeyri-iş günü nəzərdə tutulan 23 dekabr 2024-cü il tarixini qeyri iş günü yox  iş günü kimi nəzərə almalı olacaqlar.  Beləliklə, beşgünlük iş rejimi üçün 2024-cü ilin dekabr ayında iş günlərinin sayı 20 iş günü yox 21 iş günü olduğu üçün iş saatların sayı da 159 saat yox 167 saat olaraq müəyyən edilməlidir.

2024-cü il üzrə istehsalat təqvimində 23 dekabr 2024-cü ilin qeyri-iş günü kimi qeyd edilməsi də ƏMAS altsistemində məzuniyyət əmrinin formalaşmasına da təsir edir.

Misal.  İşəgötürən işçini 09 dekabr 2024-cü il tarixdə 14 günlük əmək məzuniyyətində göndərir. İşçinin məzuniyyətin başlanma tarixi 9 dekabr olduğu üçün, 14 gündən sonra məzuniyyətin bitmə tarixi 22 dekabr 2024-cü il tarixi hesab edilir. İşçi 23 dekabr 2024-cü il tarixdə işə başlamalı olsa da, ƏMAS altsitemində əmri hazırladıqda işçinin işə başlanma tarixini 24 dekabr 2024-cü il tarixi müəyyən ediləcək:

Çünki ƏMAS altsistemində 23 dekabr 2024-cü il tarixini qeyri-iş günü kimi qeyd ediblər. Bu  səbəbdən ƏMAS altsistemində məzuniyyət əmri qeyd edilən zaman məzuniyyət dövrünə 23 dekabr 2024-cü il tarixi təsadüf edərsə, bu zaman “tarixlərin əl ilə daxil edilməsi” menyusundan istifadə etmək lazımdır. Misalımızda qeyd edilən halda, işçinin işə başlanma tarixi 24 dekabr yox 23 dekabr 2024-cü il tarixi qeyd etməyə ehtiyac yaranacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər