Xarici ezamiyyə üzrə normaların bölgüsü necə həyata keçiriləcək? (8-ci yazı)
MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasiının 27 sentyabr 2024-cü il tarixli, 3-23/3-9-12/2024 saylı qərarı ilə “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarında dəyişiklik edilib.
Mks.az saytının ekspertləri qərara olunan dəyişiklikləri silsilə yazılarla izah edəcəklər.
Qaydaların “III. Xarici ölkələrə ezamiyyələr” bölməsinin birinci hissəsində edilən dəyişiklik nəticəsində respublika daxili ezamiyyələrdə olduğu kimi xarici ölkələrin ezamiyyə normalarını da bölgüsü dəyişib. Qaydalara görə, xarici ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər təşkil edir.
Misal. İşəgötürənin əmrinə əsasən, işçi Türkiyənin İstanbul şəhərinə ezam olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarının 1 saylı əlavəsinə əsasən İstanbul şəhərinə birgünlük ezamiyyə norması 220 avro təşkil edir. Bu zaman İstanbul şəhəri üçünü ezamiyyə normasının bölgüsü aşağıdakı şəkildə olacaq:
- Mehmanxana xərci – 132 avro (220 avro (ezamiyyə norması) x 60 faiz);
- Gündəlik yemək xərci – 77 avro (220 avro (ezamiyyə norması) x 35 faiz);
- Şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər – 11 avro (220 avro (ezamiyyə norması) x 5 faiz).
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın