Respublika daxilində ezamiyyə zamanı qarşı tərəf dəvət edərsə, xərclərin bölgüsü necə tənzimlənəcək? (7-ci yazı)
MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.
Qaydalarda xarici ezamiyyələr zamanı dəvət edən tərəflə bağlı xərclərin bölgüsü olsa da, respublika ərazisi daxilində ezamiyyələr üçün bu hal nəzərdə tutulmamışdı. Ezamiyyə qaydalarında edilən son dəyişiklik nəticəsində “II. Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinə yeddinci hissə əlavə edilib. Həmin hissəyə əsasən, dəvət edən tərəflə bağlı 3 hal nəzərdə tutulur.
Birinci hal. Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin edir. Qaydalara əsasən, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.
Misal. Dəvət edən tərəf Bakıya ezamiyyəyə gələn işçini yaşayış yeri və yeməklə təmin edir. Bu zaman işəgötürən işçiyə gündəlik olaraq 6,25 manat (125 manat (ezamiyyə norması) x 5 faiz) ödəniş etməlidir.
İkinci hal. Dəvət edən tərəf ezamiyyətə gedən işçini yalnız yaşayış yeri ilə təmin edir. Qaydalara əsasən, dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində vəsait ödənilir.
Misal. Dəvət edən tərəf Bakıya ezamiyyətə gələn işçini yalnız yeməklə təmin edir. Bu zaman işəgötürən işçiyə mehmanxanadan istifadə etdiyi günlər üçün 93,75 manat (125 manat (ezamiyyə norması) x 75 faiz) ödəniş etməlidir. Ezamiyyə normasının 70 faizi mehmanxana xərci üçün, 5 faizlik norma isə nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər üçündür.
Üçüncü hal. Dəvət edən şəxs ezam olunan işçini yalnız yeməklə təmin edir. Qaydalara əsasən, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir.
Misal. Dəvət edən tərəf Bakıya ezamiyyətə gələn işçini yalnız yeməklə təmin edir. Bu zaman işəgötürən işçiyə gündəlik olaraq 37,50 manat (125 manat (ezamiyyə norması) x 30 faiz) ödəniş etməlidir.
Sonda bir məsələni də qeyd edək ki, qaydalara əsasən, dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilməlidir. Qaydaların digər tələbi ondan ibarətdir ki, dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar işəgötürənin ezamiyyə ilə bağlı əmrində öz əksini tapmalıdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın