İşçiyə gündəlik xərcləri ödədikdə 5 faizlik ödəniş edilməyə bilər? (4-cü yazı)

İşçiyə gündəlik xərcləri ödədikdə 5 faizlik ödəniş edilməyə bilər? (4-cü yazı)

Mks.az saytının ekspertləri “İşçilərin ezamiyyə qaydaları”na olunan dəyişiklikləri izah edirlər

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasiının 27 sentyabr 2024-cü il tarixli,  3-23/3-9-12/2024 saylı qərarı ilə  “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarında dəyişiklik edilib.

Öncəki yazıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini isə şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər təşkil edir.

Təcrübədə rast gəlinir ki, dəyişiklikdən sonra bəzi hallarda işçini ezamiyyətə göndərən işəgötürən ona hesablanan gündəlik xərcin məbləğində azalma tətbiq edir.

Misal 1. İşəgötürən inkassator vəzifəsində çalışan işçini Bərdə şəhərinə göndərir, ona gündəlik xərc olaraq 27,00 manat (90 manat x 30 faiz) yox, 23.75 manat (90 manat x 25 faiz) hesablayır. İşəgötürən tərəfindən işçiyə gündəlik xərcin az ödənilməsinin səbəbi odur ki, 5 faizlik nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər işəgötürən tərəfindən qarşılandığı üçün həmin ödəniş həyata keçirilmir.

Misal 2. İşəgötürən Şəki şəhərinə ezam etdiyi işçini nəqliyyatla təmin etmir. Fikrimizcə, işəgötürən gündəlik xərci 25 faiz yox, 30 faiz həcmində təmin etməlidir. Çünki işçi mehmanxanadan ezam olunan yerə getmək üçün nəqliyyat xidmətindən istifadə edəcək.

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər