Ezamiyyə əmrinə hansı əlavə məlumatların daxil edilməsi tələb olunur? (1-ci yazı)

Ezamiyyə əmrinə hansı əlavə məlumatların daxil edilməsi tələb olunur? (1-ci yazı)

Mks.az saytının ekspertləri “İşçilərin ezamiyyə qaydaları”na olunan dəyişiklikləri izah edirlər

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasiının 27 sentyabr 2024-cü il tarixli,  3-23/3-9-12/2024 saylı qərarı ilə  “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarında dəyişiklik edilib.

Mks.az saytının ekspertləri qərara olunan dəyişiklikləri silsilə yazılarla izah edəcəklər.

Birinci yazımızda ezamiyyə əmrinə edilən dəyişiklik haqqında məlumat verəcəyik. “İşçilərin ezamiyyə qaydaları”nın “I. Ümumi müddəalar” bölməsinin ikinci hissəsinə əsasən, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

27 sentyabr 2024-cü il tarixli dəyişiklik görə, əmrin dəvət edən tərəflə bağlı məlumatlarında ödənişin tam və ya qismən olması göstərilməlidir. Belə ki, dəyişiklikliyə əsasən, dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Bir məqamı da qeyd edək ki, qaydalara edilən dəyişikliyə əsasən, dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən ediləcək.

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər