İşçi işdən azad olunmasının konkret səbəbini göstərdikdə təsdiqedici sənəd təqdim etməlidir?

İşçi işdən azad olunmasının konkret səbəbini göstərdikdə təsdiqedici sənəd təqdim etməlidir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci hissəsində işdən çıxmaq üçün halların təsbit edildiyini yazmışdıq. Buna misal olaraq, işçinin yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması və s. halları göstərmək olar. Maraqlıdır ki, işçinin ərizədə qeyd etdiyi halın olmasını təsdiq edən sənədi işəgötürənə vermək öhdəliyi varmı?
Mİsal. İşçi 11 fevral tarixdə yeni yaşayış yerinə köçdüyünü əsas götürərək, 18 fevral tarixdən işdən azad olunmasını xahiş edir. İşəgötürən işçinin yeni yaşayış yerinə köçməsini təsdiq edən hər hansı arayışın ərizəyə əlavə olunmasını tələb edə bilər?
Fikrimizcə, ərizədə qeyd edilən hallar üzrə sənədlərin əlavə edilməsi mütləq tələb olmasa da, işəgötürənin hüququ var ki, həmin sənədləri istəsin. İşçi ərizə ilə müraciət etdikdə, işəgötürən səbəbin düzgünlüyünü təsdiq edən sənədi və ya həmkarlar komitəsi olduğu halda, araşdırma tələb edə bilər. O da mümkündür ki, işəgötürən ərizədə qeyd edilən halın düzgünlüyünə inansın və hər hansı təsdiqedici sənəd tələb etməsin.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər