Işçi ərizə yazdıqdan 1 ay sonra işə çıxmamaq hüququ var?

Işçi ərizə yazdıqdan 1 ay sonra işə çıxmamaq hüququ var?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu, “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” maddəsinin birinci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
Maddədən göründüyü kimi, işçi bir ay öncədən müraciət etməklə əmək müqaviləsinin xitamını tələb etmək hüququna malikdir. Və yaxud bir başqa şəkildə ifadə etsək, işdən çıxmaq üçün müraciət edən işçini işəgötürənin bir aydan çox iş yerində məcburi  saxlamaq hüququ yoxdur.
Mİsal. İşçi 5 mart tarixində müraciət edərək 5 aprel tarixdə işdən azad edilməsini xahiş edir. Bu şərtlər daxilində işəgötürənin 5 aprel tarixdən sonra işçidən əmək funksiyanı tələb etməsi əmək mübahisəsinin yaranmasına səbəb olub. 
Fikrimizcə, Əmək Məcəlləsində müəyyən edilmiş bir ay kifayətdir ki, işəgötürən ərizə ilə müraciət edən işçini işdən azad etsin. Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
Mİsal. İşçi 17 fevral tarixdə ərizə ilə 1 aydan sonra işdən çıxması haqqında müraciət edir. İşəgötürən təhvil-təslim işlərini gec həyata keçirdiyi üçün anbardar vəzifəsində çalışan işçidən tələb edir ki, bir aylıq müddət bitəndən sonra əlavə 10 gün də işə çıxsın. Bu zaman işçinin hüququ var ki, işə çıxmasın və işəgötürəndən son haqq-hesabın aparılmasını tələb etsin. Amma tərəflərin razılığı ilə əmək müqaviləsinə xitamın tarixi daha 10 gün uzadıla (irəli çəkilə) bilər və bu, qanun pozuntusu deyil.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın