Elektron formada bağlanan əmək müqaviləsində dəyişikliklər ayrıca sənəd kimi imzalanacaq?

Elektron formada bağlanan əmək müqaviləsində dəyişikliklər ayrıca sənəd kimi imzalanacaq?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Son dəyişikliklərədək əmək müqaviləsinə dəyişiklik olunan zaman əmək müqaviləsinə əlavə sənədi hazırlanaraq işçiyə imzalatdırılırdı. Doğrudur, 12 may 2023-cü il tarixdən tətbiq edilən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişiklik yeni əmək müqaviləsinin tərtibi yolu ilə həyata keçirilsə də, işəgötürənlər yalnız bəzi hallarda həmin elektron əmək müqaviləsini işçiyə imzalatdırılmasını təmin edirdilər. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilib: “Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.”
Əlavə edilən cümlədən göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində dəyişiklik zamanı artıq əmək müqaviləsinə əlavə yox, ilkin əmək müqaviləsi üzərindən yeni əmək müqaviləsi tərtib edilməlidir.
Mİsal.  İşçi 10 yanvar 2024-cü il tarixdə əmək müqaviləsi bağladığı işçinin iş rejimini dəyişir. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi 1 sentyabr 2024-cü il tarixdən beşgünlük iş rejimdən altıgünlük iş rejiminə keçirilir. Bu zaman işçi və işəgötürən arasında əmək müqaviləsinə əlavə yox, 10 yanvar 2024-cü ildə bağlanan əmək müqaviləsi üzərindən yeni elektron sənəd formasında bağlanan əmək müqaviləsi imzalayacaq. İşəgötürən və işçi arasında razılaşmaya əsasən, işçinin əmək haqqı 1 oktyabr 2024-cü il tarixdən artırlacaq. Bu zaman yenidən elektron əmək müqaviləsi hazırlandığı üçün həm 10 yanvar, həm də 1 sentyabr 2024-cü il tarixdən olan şərtlər nəzərə alınmaqla yeni elektron sənədə formasında əmək müqaviləsi hüquqi qüvvəyə minəcək.
İşәgötürәn ƏMAS altsistemindә әmәk müqavilәsinә dәyişikliklәr etdikdә, mütlәq elektron sәnәd formasında әmәk müqavilәsinin bağlanılması hәyata keçirilməlidir.
Mİsal.  İşəgötürən 10 iyul 2024-cü il tarixli əmək müqaviləsində işçinin əmək haqqı ilə bağlı dəyişiklik həyata keçirib. Əmək Məcəlləsində son dəyişikliklərin qüvvəyə mindiyi 12 avqust 2024-cü il tarixdən etibarən müqavilədə hər hansı dəyişiklik olmadığından ƏMAS altsistemində işçi ilə bağlı məlumatlar “Onlayn müqavilə” yox, “Əmək müqaviləsi bildirişi” bölməsində yerləşdirilir.İşəgötürən əmək müqaviləsində dəyişiklik etdikdə, yeni əmək müqaviləsi elektron formada  tərtib olunmaqlabağlanılır. Bu zaman işçinin əmək müqaviləsi üzrə məlumatlar da “Əmək müqaviləsi bildirişi” 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər