Müddәtli әmәk müqavilәsi ilә bağlı 5 illik müddәt tәlәbinә fәrqli yanaşma olacaq? (2 MİSALLA İZAH)

Müddәtli әmәk müqavilәsi ilә bağlı 5 illik müddәt tәlәbinә fәrqli yanaşma olacaq? (2 MİSALLA İZAH)

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Əmәk Mәcәllәsinin 45-ci maddәsinin beşinci hissәsinә görә, müddәtliәmәk müqavilәsi fasilәsiz olaraq 5 ildәn artıq müddәtә davam edәrsә,müddәtsiz әmәk müqavilәsi hesab edilir. Əmәk Mәcәllәsinin 73-cümaddәsinin birinci hissәsindә hәmin Mәcәllәnin 45-ci maddәsinin beşincihissәsinә istinad edilir. Əmәk Mәcәllәsinin 73-cü maddәsinin birincihissәsindә yazılır ki, müddәtli әmәk müqavilәsinin müddәtininbitmәsinә azı bir hәftә qalmış tәrәflәrdәn heç biri digәr tәrәfi müddәtinbitmәsinә görә müqavilәyә xitam verilmәsi barәdә yazılı formada (kağızdaşıyıcıda vә ya elektron informasiya sistemi vasitәsilә) xәbәrdar etmәzsә,hәmin әmәk müqavilәsi әmәk müqavilәsindә göstәrilәn müddәtә uzadılırvә ya bu Mәcәllәnin 45-ci maddәsinin 5-ci hissәsi ilә müәyyәn edilmişhallarda müddәtsiz hesab olunur.Öncәki sәhifәdә әmәk müqavilәsi üzrә müddәtin avtomatik olaraq müәyyәn edilmiş müddәtә uzadılmasını misalla izah etdik. İndi isә Əmәk Mәcәllәsinin 45-ci maddәsinin 5-ci hissәsi üzrә müәyyәn edimiş hallarda müddәtsiz hesab edilmə məsələsinə aydınlıq gәtirәk.
Mİsal 1.  İşəgötürən və işçi arasında bağlanan əməkmüqaviləsinin müddəti bir ildir. Əmək müqaviləsihər dəfə bir il olmaqla uzadılıb. Müqaviləninmüddəti 4 illik dövrü keçdikdən sonra sonuncu bir illikəmək müqaviləsinin müddəti 15 oktyabr 2024-cü ildəbitir. Başqa sözlə, 15 oktyabr 2024-cü il tarixdə işəgötürən vəişçi arasında bağlanan əmək müqaviləsinin 5ili tamam olacaq. İşəgötürən və ya işçi əmək müqaviləsinə xitamla bağlı müddətin bitməsinə ən azı bir həftə qalmış xəbərarlıq etmədiyi halda müqavilənin müddəti 1 il müddətində uzadılmayacaq. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etdiyi üçün müddətsiz hesab edilməlidir. Bu halda işəgötürən 15 oktyabr 2025-cü il tarixdə müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verə bilməz. Çünki 16 oktyabr 2024-cü il tarixdən həmin əmək müqaviləsi müddətsiz hesab edilib.
Mİsal2.  İşəgötürən və işçi arasında bağlanan 1 oktyabr 2019-cü il tarixli əmək müqaviləsinin müddəti 14 aydır. 4 il müddətdən sonra əmək müqaviləsinin müddəti 56 aydan sonra 1 iyun 2024-cü il tarixdə bitəcək. Bu zaman əmək müqaviləsinin növbəti 14 aylıq müddətinin 1 avqust 2025-ci il tarixdə bitməsinə baxmayaraq, 5 illik müddət 1 oktyabr 2024-cü ildə tamam olur. Bu səbəbdən də, həmin tarixdənetibarən müddətli əmək müqaviləsi müddətli yox, müddətsiz hesab olunacaq. Yəni işəgötürən 1 avqust 2025-ci il üçün müddətli əmək müqaviləsi ilə bağlı xəbərdalıq tələbini gözləsə də, həmin müqavilə müdddətsiz hesab olunduğu üçün müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilə bilməz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər