ƏMAS-la bağlı mühasibatlıq və HR bölməsi üçün YENİ TƏLƏB! İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir? 

ƏMAS-la bağlı mühasibatlıq və HR bölməsi üçün YENİ TƏLƏB! İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir? 

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

"Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabının əldə etmək üçün 050-368-12-72 (what's app da aktivdir) və ya [email protected] adressinə yazmağınız kifayətdir

Əmək Məcəlləsinin 173-cü maddəsinə əlavə edilən beşinci hissəyə əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Əmək Məcəlləsinin 173-cü maddəsinin ikinci hissəsinə əsasən, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

- hesablanmış əmək haqqının ümumi məbləği;
- əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
- əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;
- faktik ödənilən məbləğ;
- tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
Əmək Məcəlləsinin 173-cü maddəsininin üçüncü hissəsində qeyd edilir ki, haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilməlidir. Yeni dəyişiklikdən belə anlaşılır ki, işəgötürən tərəfindən hazırlanan haqq-hesab cədvəlləri hər dəfə əmək haqqı verilərkən işçinin elektron kabinetinə göndərilməlidir.
Mİsal.  İşçinin 2024-cü il noyabr ayı üzrə tarif (vəzifə) maaşı 800 manat olub. İşçi ay ərzində 300 manat mükafat almaqla yanaşı, iş vaxtından artıq çalışdığı üçün əmək haqqına 100 manat əlavə hesablanıb. İşçinin əmək haqqından icbari ödənişlər hesablandıqdan sonra ona 750 manat ödəniş edilib. İşəgötürən noyabr ayı üzrə əmək haqqını işçiyə dekabr ayında ödədiyi halda, işçinin elektron kabinetinə haqq – hesab cədvəli göndərməlidir. Həmin haqq-hesab cədvəlində hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği,  faktik ödənilən məbləğ və tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği qeyd olunmalıdır.
Göründüyü kimi qeyd edilən tələb Əmək Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulsa da, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilmirdi. Yeni dəyişiklikdən sonra dövlət qurumu ƏMAS altsistemi vasitəsilə işəgötürən tərəfindən işçilərə həmin məlumatların göndərilməsinə nəzarət edəcək. Dövlət qurumu  həmin məlumatları fərdi əmək mübahisələrinin həllində də istifadə edəcək.
Bu səbəbdən də, mühasibatlıq həmin məlumatlarının ƏMAS altsistemi tərəfindən işçilərə göndərilməsini təmin etməlidir. İşçi sayı çox olan işəgötürən tərəfindən hər bir işçi üzrə haqq-hesab sənədlərin göndərilməsi kifayət vaxt tələb edəcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər