İş vaxtının cəmlənmiş uçotunun başqa rejimlərdən fərqi nədir? (3 VACİB MƏQAM)

İş vaxtının cəmlənmiş uçotunun başqa rejimlərdən fərqi nədir? (3 VACİB MƏQAM)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə
Son dövrlər işçi sayı çox olan və ya növbəli sistemlə fəaliyyət göstərən iş yerlərində iş vaxtının cəmlənmiş uçotunu tətbiq edirlər. Əmək Məcəlləsinin 96-cı, “İş vaxtının cəmlənmiş uçotu” maddəsinin birinci hissəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
İş vaxtının cəmlənmiş uçotu məsələsində diqqət yetiriləsi 3 məqam var.
Birinci məqam. İş vaxtı üzrə qeydiyyat (uçot) dövrü bir ildən artıq olmamalıdır. Qeydiyyat (üçot) dövrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan illik istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatlarının miqdarı nəzərə alınmaqla hesablanır.
İkinci məqam. İş vaxtının cəmlənmiş uçotunda gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz. İşəgötürən üçün iş vaxtının cəmlənmiş uçotunun tətbiqinin bir üstünlüyü də odur ki, gündəlik iş normasının maksimum 8 saat yox, 12 saat olmasına icazə verilir. O səbəbdən mühafizə xidməti, sorğu mərkəzi, dənizdə fəaliyyət göstərən müəssisələr tipli iş yerlərdində adətən iş vaxtının cəmlənmiş uçotu tətbiq olunur.
Üçüncü məqam. İş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamalıdır. Qeydiyyat (üçot) dövrü ay götürülərsə, məsələn, 2024-cü ilin fevral ayında 20 iş günü olduğu üçün iş vaxtının müddəti 159 saatdan çox ola bilməz. Və yaxud 2024-ci ilin 1-ci rübü qeydiyyat (uçot) dövrü olaraq götürülərsə, bu halda iş vaxtının müddəti 428 saatdan (151 saat (yanvar) + 159 saat (fevral) + 118 saat (mart)) çox olmamalıdır. Ya da qeydiyyat (uçot) dövrü tam olaraq 2024-cü il götürülübsə, o halda iş vaxtının müddətinin 1 901 saatdan çox olmasına icazə verilmir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2024-ci ilin istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatlarının miqdarı hesablanaraq qeyd edilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər