Son dəyişiklikdən sonra ƏMAS-da olan məzuniyyət əmrlərinin tərtibi mütləq tələbdir?

Son dəyişiklikdən sonra ƏMAS-da olan məzuniyyət əmrlərinin tərtibi mütləq tələbdir?

2 sentyabr 2024-cü il tarixdən satışda olacaq "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçmə

Əmək Məcəlləsinin 85-ci maddəsində müzakirəyə səbəb olan məsələ elektron müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılmasının elektron informasiya sistemi vasitəsilə təmin edilməsidir. Bəzi həmkarlar hesab edirlər ki, elektron əmrlərlə bağlı uçotun elektron informasiya sistemi vasitəsiə təmin edilməsi şərt olduğu üçün məzuniyyət əmrləri də ƏMAS altsistemində hazırlanmalıdır. Digər həmkarlarımız isə belə hesab edirlər ki, xitam əmrlərinin elektronlaşdırılması ilə bağlı Əmək Məcəlləsinin digər maddələrində tələblər mövcuddur. Misal üçün, Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

Maddədən göründüyü kimi, xitam əmrinin elektron qaydada aparılması mütləq tələbdir. Yəni Prezident fərmanı ilə tənzimlənən hallar istisna olmaqla, ƏMAS üzərindən əmək müqaviləsinə xitam haqqında əmr də mütləq elektron qaydada tərtib olunmalıdır. Amma məzuniyyət əmrlərinin kağız formada aparılmasına Əmək Məcəlləsinin 138-ci maddəsində hər hansı tələb müəyyən edilməyib.

Fikrimizcə, ƏMAS altsistemində məzuniyyət əmrlərinin elektron formada tərtibi onların elektron uçotu baxımından önəmlidir. Təbii ki, kağız üzərində hazırlanan məzuniyyət əmrlərinin hüquqi əsası olsa da, gələcəkdə DƏMX tərəfindən işıgötürənlərə məzuniyyət əmrlərinin yalnız ƏMAS altsistemi vasitəsilə tərtibi ilə bağlı göstərişlərin verilməsi gözləniləndir.

Həmçinin, Əmək Məcəlləsinin 85-ci maddəsində elektron müqavilələrlə əlaqədar verilmiş əmrlərin uçotunun aparılmasının elektron informasiya sistemi vasitəsilə təmin edilməsi tələbi o onlama gəlir ki, gələcəkdə ƏMAS-da tətbiq ediləcək digər əmrlərin məcburiliyi şərt olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər