Onlayn əmək müqaviləsinin imzalaması üçün şəxs ƏMAS-da necə qeydiyyatdan keçməlidir?

Onlayn əmək müqaviləsinin imzalaması üçün şəxs ƏMAS-da necə qeydiyyatdan keçməlidir?

Əmək Məcəlləsində edilən dəyişikliklər (onlayn əmək müqaviləsi, əmək kitabçası, müddətli əmək müqaviləsinə xitam və s.) haqqında tematik təlim artıq 2 fərqli vaxtlarda - 24 avqust və  07 sentyabr 2024-cü il tarixlərində keçiriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əmək Məcəlləsindəki dəyişiklikləri artıq təsdiq edib. Mks.az saytının ekspertləri onlayn əmək müqaviləsini imzalanması üçün işçilərin qeydiyyatı ilə bağlı prosesi izah edir.
Məlumat üçün bildirək ki, 20 avqust 2024-cü il tarixdən satışda olacaq “Əmək Məcəlləsi (son dəyişikliklərin izahı)” kitabında onlayn əmək müqaviləsi haqqında geniş məlumat verilib. Kitabı sifariş etmək üçün 050-368-12-72 saylı telefonla (what’s app da aktivdir) və ya [email protected] email adressi ilə əlaqə saxlaya bilərsiniz.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, şəxsin onlayn əmək müqaviləsi imzalanması üçün mütləq ƏMAS altsisteminə (https://emas.sosial.gov.az/ ) girişi həyata keçirilməlidir. Çünki ƏMAS altsisteminə daxil olduqda, həmin şəxs üçün avtomatik olaraq elektron kabineti yaranır. Şəxs də elektron kabinet vasitəsiylə onlayn əmək müqaviləsini imzalamaq üçün texniki imkanına malik olur. 
ƏMAS altsisteminə daxil olmaq üçün işçinin 4 variantdan ən azı birinə malik olması mütləqdir:
-    Asan İmza (Asan imza əldə etmək üçün mobil operatorlardan müvafiq nömrəni aldıqdan sonra Asan Xidmət mərkəzlərinə müraciət etmək lazimdır)
 SİMA İmza (SİMA İmzanı “Google Play Store” və “Apple App Store”dan yükləyib qeydiyyatdan keçmək mümkündür. Bu zaman şəxsiyyət vəsiqəsinin göstəriciləri daxil edilməklə, üz cizgilərin video qeydiyyatı da aparılmalıdır)
-    İdentifikasiya nömrəsi (əvvəllər şəxsin adına olan telefon nömrəsi ilə qeydiyyat mümkün ididir, indi hətta video qeydiyyat da mümkün deyil)
-    BSXM-in elektron imza (Mərkəzi Bankdan onlayn və əyani sifiariş etmək mümkündür)

Məlumat üçün bildirək ki, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları elektron əmək müqaviləsi ilə bağlı qanunvericilik təsdiq olunmadan öncə, pilot qaydasında onlayn əmək müqaviləsindən istifadə edirdilər. Dövlət qurumların prosesi həyata keçirmək üçün əsasən SİMA İMZA-dan istifadə edirdi. 

Fiziki şəxs tərəfindən qeydiyyat zamanı Asan imza üçün ağıllı telefon tələb olunmasa da, SİMA imza üçün smart telefonuna malik olması mütləqdir. SİMA imza zamanı ASAN imzadan fərqli olaraq mobil nömrəsinin ona aid olması mütləq tələb deyil. Mümkündür ki, bir telefonda bir neçə şəxs üçün SİMA imzası üçün prosesi həyata keçirilsin. Təbii ki, bu zaman öncəki şəxslə bağlı işləri yekunlaşdırdıqdan sonra yenidən SİMA tətbiqini yükləmək lazımdır. SİMA imza ilə ƏMAS proqram təminatına daxil olmaq üçün telefon və ya komputerdən daxil olmaq mümkündür. Komputerdən daxil olanda mobil telefonundakı SİMA proqramındakı QR-kod istifadə edilir.
İşəgötürənlər üçün ən uyğun variant işçiləri o cümlədən işə qəbul olunan şəxsləri identifikasiya nömrəsi ilə qeydiyyatdan keçirmək olardı. Təəssüf ki, video qeydiyyatla bağlı prosesi aktiv deyil, bu xidmətdən yalnız əvvəlki dövrdə identifikasiya nömrəsi ilə qeydiyyatdan keçənlər istifadə edir. 

Qeyd edək ki, MKS Academy tərəfindən Əmək Məcəlləsində edilən dəyişikliklər (onlayn əmək müqaviləsi, əmək kitabçası, müddətli əmək müqaviləsinə xitam və s.) haqqında tematik təlimlər 24 avqust və  07 sentyabr 2024-cü il tarixlərində keçiriləcək. Əyani və onlayn qaydasında keçiriləcək tematik təlim haqqında ətraflı məlumat əldə etmək 050-368-12-72 saylı telefonla (what’s app da aktivdir) və ya [email protected] email adressi ilə əlaqə saxlaya bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. Elsen 26 Avqust 2024

    Salam

Şərh yazın

Xəbərlər