İşçi  rəhbər vəzifəyə keçirildikdə məzuniyyət müddəti necə tənzimlənir?

İşçi  rəhbər vəzifəyə keçirildikdə məzuniyyət müddəti necə tənzimlənir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri işçinin iş ili başa çatmamış rəhbər vəzifəyə keçirilməsidir.
Mİsal. İşəgötürən satış sahəsində çalışan işçinin rəhbər vəzifəyə keçirilməsi haqqında qərar verir. Yeni vəzifəyə keçməzdən əvvəl satış işçisinə hesablanan əsas məzuniyyətin müddəti 21 təqvim günü olub. Amma rəhbər vəzifəyə keçdikdən sonra əsas məzuniyyət müddəti 21 təqvim günündən 30 təqvim gününə artırılmalıdır. Maraqlıdır ki, bu halda işçinin həmin iş ilinə görə əsas məzuniyyəti necə tənzimlənir.
Fərz edək ki, işçinin 2-ci iş ili 1 iyul 2023- 30 iyun 2024-ci il dövrünü əhatə edir. İşçinin satış müdiri vəzifəsinə keçirilməsi əmrinə əsasən, 1 noyabr 2023-cü il tarixdən yeni vəzifəsinin icrasına başlayacaq.
Bu halda işçinin 2-ci iş ili üzrə əsas məzuniyyət günlərinin sayını müəyyən etmək üçün, ilk növbədə satış işçisi kimi çalışdığı dövrün əsas məzuniyyət günlərini hesablayaq. İşçi 2-ci iş ilində 4 ay satış işçisi olaraq çalışıb. İşçinin 4 ayına görə hesablanacaq əsas məzuniyyətin müddətini tapmaq üçün tənasüb üsulundan istifadə edək:
12 ay ——- 21 gün
4 ay   ——- X gün
X = (21 gün x 4 ay) / 12 = 7 gün
İndi isə eyni prosesi rəhbər vəzifəsində çalışdığı dövrə tətbiq edək:
12 ay ——- 30 gün
8 ay   ——- X gün
X = (30 gün x 8 ay) / 12= 20 gün
Deməli, işçinin ikinci iş ilinə görə əsas məzuniyyət günlərinin sayı 27 gün (7 gün (satış işçisi olan dövr üzrə) + 20 gün (satış müdiri olan dövr üzrə) olacaq. Təbii ki, işçinin üçüncü iş ili üzrə əsas məzuniyyət müddəti 30 gün olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər