ƏMAS-da şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxsi işə qəbul etmək olar?

ƏMAS-da şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxsi işə qəbul etmək olar?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

ƏMAS alsisteminə edilən son dəyişikliklərdən biri də işə qəbul edən şəxsin FİN kodu ilə yanaşı, şəxsiyyət vəsiqəsinin (ŞV) nömrəsinin qeyd edilməsi tələbinin olmasıdır. ƏMAS alstistemi tərəfindən təqdim edilən bildirişdə qeyd edilir ki, digər şəxsin məlumatlarını daxil edərkən ŞV-nin nömrəsini (Yeni nəsil ŞV-də AA123456 kimi daxil edilməlidir) daxil etmək mütləqdir.

Şəkildən döründüyü kimi, növbəti səhifəyə keçidin həyata keçirilməsi üçün şəxsiyyət vəsiqəsinin nömrəsinin daxil edilməməsi ilə bağlı bildiriş təqdim edilir. İşəgötürən vəzifəli şəxsin FİN-ni daxil edərsə, bu zaman şəxsiyyət vəsiqəsinin nömrəsinə ehtiyac duyulmadan növbəti səhifəyə keçid baş verir.
Təcrübədə rast gəlinən hallarda biri də odur ki, işə qəbul olunan şəxs tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsi üzrə fin, seriya və nömrəni daxil etdikdə, növbəti mərhələyə keçmək mümkün olmur. Bu cür hallar, adətən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi halında baş verir. 

Qeyd edək ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" AR Qanununun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Həmin qanuna əsasən, şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Qeyd edək ki, 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər