ƏMAS altsistemində strukur bölməsinin yaradılması necə həyata keçirilir?

ƏMAS altsistemində strukur bölməsinin yaradılması necə həyata keçirilir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

ƏMAS altsistemi tətbiq olunduqdan sonra işəgötürənlərin ən çox qarşılaşdığı problemlərdən biri də struktur bölməsinin yaradılması ilə bağlı idi. Struktur bölmələri, o cümlədən filialları çox olan təşkilatlarda səlahiyyətlərin verilməsi zamanı ciddi cətinliklər yaranırdı. Sonradan bu problem aradan qaldırıldı. ƏMAS-da struktur bölmələri üzrə prosesi həyata keçirmək üçün asağdakı sütunun “Struktur əməliyyatları” bölməsindəki “Təşkilatı struktur” altbölməsinə daxil olmaq lazımdır:
Digər variant isə ana səhifədən “Təşkilatın strukturu” bölməsinə daxil olmaqdır:
ƏMAS altsistemində təşkilatın strukturunun yaradılması ilə bağlı iki məsələyə diqqətə yetirmək lazımdır:
- Yeni strukturun yaradılması;
- Strukturun nüsxələnməsi.
“Yeni strukrurun yaradılması”  düyməsi o zaman aktiv olur ki, işəgötürən yeni yaradılmış olsun. 
İşəgötürən yeni struktur yaratmaq üçün “Təşkilati struktur” bölməsindən “Yenidən təşkilati struktur yarat” menyusunu seçməlidir:
ƏMAS altsisteminin yeni tətbiq olunduğu dövrlərdə təşkilati struktur mövcud olduğu halda da yeni təşkilati struktur yaratmaq mümkün idi. Sadəcə, proqram təminatının tələbinə əsasən, yeni təşkilati struktur yaradıldığı halda, təsdiqlənmiş (əvvəlki) strukturda olan bölmələr, ştatlar hətta onlara bağlı olan əmək müqaviləri etibarsız hesab edilirdi. Təcrübədə bu halın böyük problemlərə yol açması səbəbindən strukturu olan işəgötürənlər üçün yeni təşkilati struktur yaradılmasına icazə verilməməsi qərara alındı. ƏMAS altsistemində təşkilati strukturu olan işəgötürən “Yenidən təşkilati struktur yarat” düyməsini sıxdıqda aşağıdakı bildiriş forması çıxır:
Beləliklə, yeni təşkilati struktur yaradılması funksiyası ƏMAS altsistemində hər hansı struktur əlavə etməyən işəgötürənlərə şamil olunur. Strukturun əlavə edilməməsi o halda baş verə bilər ki, ya işəgötürən yeni yaradılıb, ya da həmin tarixədək muzdlu işçisi olmayıb.
İşəgötürən yeni təşkilati struktur əlavə etdikdə, ondan strukturla bağlı əmrin nömrəsinin və tarixinin daxil edilməsi tələb olunur:
“Yadda saxla” düyməsini sıxdıqdan sonra yeni struktur “Təsdiq gözləyən struktur” kimi sistemdə qeyd olunur. İşəgötürən həmin təşkilati struktura yeni bölmələr əlavə etmək imkanına malikdir:

İşəgötürən yeni strukturu tam formalaşdırdıqdan sonra təsdiq edərsə, təşkilatın yeni strukturu qüvvədə olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər