ƏMAS-da istifadə edilməmiş məzuniyyət günlərinin sayının yalnış qeyd edilməsi

ƏMAS-da istifadə edilməmiş məzuniyyət günlərinin sayının yalnış qeyd edilməsi

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 84-cü maddəsində verilmiş xitamla bağlı əmrdə qeyd edilməli məlumatların siyahısında istifadə edilməmiş məzuniyyyət günlərinin sayı yoxdur. Amma ƏMAS altsistemi istifadə edilməmiş məzuniyyət günlərinin sayının qeyd edilməsini tələb edir. 
Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 
Fikrimizcə, ƏMAS altsisteminə istifadə edilməmiş məzuniyyət günləri haqqında məlumatın daxil edilməsi həmin işəgötürən üçün xatırlatma bildirişi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Mİsal. Əmək müqaviləsinə xitam verilən tarixə işçinin istifadə olunmamış əsas məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman ƏMAS altsistemində aşağıdakı qeyd edilməlidr:
Bəzi hallarda xitam əmrində istifadə edilməmiş məzuniyyət günlərinin sayı düzgün qeyd edilmir. Misal üçün, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 30 gün yox, 20 gün yazılır. Bu zaman işəgötürən düzəlişin həyata keçirilməsi məqsədilə dövlət qurumuna müraciət edə bilər. Fərdi əmək mübahisələri zamanı işçi istifadə edilməmiş məzuniyyət günlərinin 30 gün olmasını sənədlərlə sübut edərsə, dövlət qurumu tərəfindən işəgötürənə inzibati cərimə təqdim edilməyəcək. Çünki qanunvericilikdə əmək müqaviləsinə xitam bildirişi tələbi mövcud olsa da, elektron xitam əmri ilə bağlı hər hansı tələb nəzərdə tutulmayıb.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər