İşçi başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı halda əmək müqaviləsinə ərizədə qeyd edilən tarixdə xitam verilməlidir? 

İşçi başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı halda əmək müqaviləsinə ərizədə qeyd edilən tarixdə xitam verilməlidir? 

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Mümkündür ki, işəgötürən işçini daha tez işdən azad etsin. Əmək Məcəlləsinin 69-cu maddəsinin üçüncü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçinin öz ərizəsi ilə işdən çıxma hallarına aşağıdakılar daxildir:
- işçi yaşa vəya əlilliyə görə təqaüdə çıxdıqda;
- təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda;
- yeni yaşayış yerinə köçdükdə;
- başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;
- seksual qısnamaya məruz qaldıqda;
- hər hansı səbəb bildirmədən işdən çıxmaq istədikdə.
İşçi yuxarıda qeyd etdiyimiz hallarda işdən çıxmaq haqqında ərizəni işəgötürənə təqdim etməlidir. İşçi səbəbini göstərməklə işdən çıxırsa, həmin səbəbi təsdiq edən sənədləri də təqdim etməlidir. 
Təcrübədə tez-tez rast gəlinən hallardan biri işçinin yuxarıdakı səbəblərdən birini göstərməklə daha tez işdən çıxmaq istəməsidir. Misal üçün, işçi 15 fevral tarixdə işəgötürənə ərizə ilə müraciət edərək bildirir ki, başqa yaşayış yerinə köçməsi ilə əlaqədar olaraq onu 1 mart tarixdən işdən azad etsin. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində konkret qeyd olunmayıb ki, işçi hansı “ən qısa müddətdə” işdən çıxa bilər. Amma məntiqlə yanaşsaq, əksər işçinin belə tez müddətdə işdən çıxarılması mümkün deyil. Çünki əvvəla, işəgötürən işdən çıxan işçi ilə təhvil-təslim prosesi aparmalıdır. Bundan başqa, işdən çıxan elə bir işçi ola bilər ki, onun qəflətən işdən çıxması halında işəgötürənin fəaliyyətində boşdayanmalar yarana bilər. O səbəbdən də işəgötürən mütləq yeni işçi tapdıqdan sonra mövcud işçini işdən azad etməlidir. 
Digər nümunə işçinin başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini təqdim edərək mümkün qədər tez işdən çıxmaq istəməsidir. Maddədə “əmək müqaviləsi ləğv EDİLƏ BİLƏR” (seçdirmə müəllifindir – red.) ifadəsindən istifadə olunub. Əmək Məcəlləsinin 69-cu maddəsinin üçüncü hissəsində  norma imperativ deyil, dispozitiv olaraq müəyyən edildiyi üçün işəgötürən işçinin ərizəsində göstərilən gündə əmək müqaviləsinə xitam verilməsinə razılaşmaya bilər. Bu  halda işçi Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində müəyyən edilmiş xəbərdarlıq müddətində işini davam etdirməlidir.
Amma işəgötürən tərəfindən işçinin ərizədə göstərdiyi tarixdə işdən azad olunması bəzi hallarda dispositiv yox, impetativ norma olmalıdır. Misal üçün, seksual qısnamaya məruz qaldığı halda işçinin 1 ay saxlanılması mövcud qanunvericiliyə zidd hesab edilə bilər. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən, seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsinin xitam verilməsi barədə ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir. Qanunda göründüyü kimi, seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsinin xitam verilməsi üzrə tarixin müəyyən edilməsi imperativ norma kimi qeyd edilib. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər