Ezamiyyətdə olan işçinin əmək haqqının adi qaydada hesablanması inzibati cərimə məsuliyyəti yaradır?

Ezamiyyətdə olan işçinin əmək haqqının adi qaydada hesablanması inzibati cərimə məsuliyyəti yaradır?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Ezamiyyədə olan işçi şikayət edərsə ki, onun ezamiyyədə olduğu günlərə görə xüsusi hesablama olmayıb, yəni əmək haqqı ümumi qaydada hesablanıb, dövlət qurumu tərəfindən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə inzibati cərimə hesablana bilər?
İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 
İşçi şikayət etdiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti əmək haqqının düzgün hesablanmamasına görə işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə hesablaya bilər.
Qeyd edək ki, işçiyə ezamiyyə normaları üzrə ödənişlərin düzgün müəyyən edilməməsi də inzibati məsuliyyət yaradır. 

Misal. İşçi Gəncə şəhərinə ezam olunmasına baxmayaraq, işəgötürən səhv olaraq ezamiyyə normasını Gəncə şəhəri üçün nəzərdə tutulan 95 manatdan yox, digər rayonlar üçün nəzərdə tutulan 90 manatan hesablayıb. İşçinin şikayəti əsasında ezamiyyə xərclərinin düzgün hesablanmaması aşkar edilərsə, bu zaman dövlət qurumu tərəfindən işəgötürənə 192.4-cü maddəyə uyğun inzibati cərimə hesablana bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər