ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?

ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Bölmənin əvvəllərində ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında kifayət qədər məlumat verdik. İndi isə əmək müqaviləsinə dəyişikliklərin təcrübədə rast gəlinən halları haqqında məlumat verək.
Mİsal 1 . İşəgötürən qərar verir ki, 19 sentyabr tarixdən filialın kredit satışı meneceri vəzifəsində calışan işçisi marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilsin. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Maddədən göründüyü kimi, işəgötürən işçinin razılığını alıb, əmək müqaviləsində dəyişikliklər etməklə onu başqa vəzifəyə keçirə bilər. Kredit satışı meneceri vəzifəsində çalışan işçinin marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilməsi üçün, həmin vəzifənin vakant yer olması mütləqdir.
İşəgötürən kredit satışı meneceri vəzifəsində çalışan işçinin məlumatları üzərindən “ƏM bildirişinə düzəliş et” düyməsini sixmaqla həmin işçinin əmək müqaviləsi bildirişinə daxil olur. “İş məlumatları” bölməsində işçinin cari vəzifəsinin sağındakı düymənı sıxır ki, vəzifə dəyişikliyini həyata keçirsin:
Qeyd edilən düyməni sıxdıqda vakant yerlər haqqında məlumatlar növbəti pəncərədə açılır. İşəgötürən işçinin növbəti vəzifəsini seçərək prosesə davam edir:
Şəkildə görünən seçim edildikdən sonra işçinin “İş məlumatları” üzrə vəzifə məlumatlarının da dəyişməsi baş verir:
Növbəti addım kimi “2.3.4 Dəyişikliyin qüvvəyə minmə tarixi” bölməsində dəyişikliyin qüvvədə olma tarixi “19 sentyabr 2022-ci il” qeyd edilir:
Proses tam başa çatdıqdan sonra ƏMAS altsistemində tərtib olunan əmək müqaviləsində düzəliş yeni seçilən vəzifə üzrə olanacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər