Əsas və əlavə iş yerlərində çalışan işçilər üzrə protokol necə tərtib edilir? (YENİ)

Əsas və əlavə iş yerlərində çalışan işçilər üzrə protokol necə tərtib edilir? (YENİ)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə Əsasnamənin 96-ci maddəsinə edilən əlavəyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həm də əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsas iş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir.
Misal.  Əsas və əlavə iş yerlərində çalışan işçi əmək qabiliyyətini 30 gün müddətində müvəqqəti itirib. İşçi işə çıxdıqdan sonra xəstəlik vərəqəsinin əslini əsas iş yerinə təqdim etməklə yanaşı, həmin sənədin əsas iş yeri üzrə təsdiqlənmiş surətini də əlavə iş yerinə təqdim etməlidir. Əsasnamənin 96-cı maddəsinə əsasən, əlavə iş yerində də 14 təqvim gününə düşən müavinətin hesablanması üçün komissiya yaradılmalıdır. Komissiyanın qərarı ilə əlavə iş yeri tərəfindən müavinət hesablanması ilə bağlı məlumatlar müvafiq portaldakı haqq-hesab cədvəlinə daxil edilməlidir. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdən sonrakı 14 gün üzrə müavinətin hesablanması üzrə protokolun artıq əlavə iş yerində hazırlanmasına ehtiyac yoxdur. DSMF tərəfindən ödəniləcək hissə üzrə haqq-hesab cədvəlinin tərtib edilməsi əsas iş yeri üzrə aparıldığı üçün əsas iş yeri üzrə komissiyasının olması kifayətdir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər