ƏMAS-da ödənişsiz məzuniyyət üzrə elektron əmrdə hansı məqamlara diqqət yetirmək lazımdır?

ƏMAS-da ödənişsiz məzuniyyət üzrə elektron əmrdə hansı məqamlara diqqət yetirmək lazımdır?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Ödənişsiz məzuniyyətin hüquqi əsasları ilə bağlı ƏMAS-da texniki problemlər mövcuddur. Belə ki, Əmək Məcəlləsinin pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərini tənzimləyən 118-ci maddə səhvən ödənişsiz məzuniyyətdə də qeyd olunub. Həmçinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərinə verilən əlavə məzuniyyətlər də texniki səhv olaraq elektron ödənişsiz məzuniyyətin hüququ əsaslarında qeyd edilib.

Ödənişsiz məzuniyyətlərin hüququ əsasları Əmək Məcəlləsinin 129-cu və 130-cu maddələri ilə tənzimlənir. O səbəbdən də, işəgötürənlər elektron əmək məzuniyyəti əmri hazırlayarkən həmin maddələrə istinad etməlidir. Ödənişsiz məzuniyyətdə hər hansı arayışa ehtiyac olmadığından həmin bölmələr aktiv olmur, sadəcə əmək məzuniyyətində olduğu iş ili qeyd edilməlidir. İş ilinin qeyd edilməsi Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir. Həmin maddə üzrə işçinin xahişi ilə verilən məzuniyyətin maksimum müddəti iş ilinə uyğun məhdudlaşdırılır. O səbəbdən də, elektron əmək məzuniyyətində iş ilini qeyd etmək lazımdır. Digər məzuniyyətlərdə olduğu kimi, məzuniyyətin qutartma və işçinin işə başlama tarixlərini avtomatik və ya əllə daxil etmək olar.
Elektron təhsil məzuniyyəti əmrində digər məlumatların daxil edilməsi (əmrin tarixi və nömrəsi, vəzifəli şəxs, sənəd və qeydlərin əlavə edilməsi) və təsdiq edilməsi (icraya və imzaya göndərmə) əmək məzuniyyətində olduğu kimi yenidən təkrarçılığa yol vermirik. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər