YENİ DƏYİŞİKLİK! İşçi xəstələndikdə müddətli əmək müqaviləsinə xitam halı necə tənzimlənəcək? (7-cı yazı)

YENİ DƏYİŞİKLİK! İşçi xəstələndikdə müddətli əmək müqaviləsinə xitam halı necə tənzimlənəcək? (7-cı yazı)

Mks.az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq.

Həmçinin 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

Dəyişiklik haqqında layihə forması 

Öncəki yazılarımızda məlumat vermişdik ki, Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasının dəyişməsi təklif edilir. Təklif edilən dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi nəzərdə tutulur. Qeyd edək ki, cari qanunvericliyə əsasən isə, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin müqaviləyə xitam verilməsini tələbi mövcuddur.  

Maraqlıdır ki, təklif olunan dəyişiklikdə işçinin müəyyən üzürlü səbəbdən işdə olmaması halında müddətli əmək müqaviləsi bitməsi halı necə tənzimlənir?

Əmək Məcəlləsinin 73-cü maddəsini ikinci hissəsinin aşağıdakı formada dəyişdirilməsi təklif edilir:

  1. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

Maddədən göründüyü kimi, işəgötürən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işçini xəbərdar edərsə,  o zaman artıq işçi işə çıxdığı gün onun əmək müqaviləsinə xitam tarixi olmasının mümkünlüyü təklif edilir.

Misal. İşəgötürən və işçi arasında bağlanan müddətli əmək müqaviləsinin bitmə tarixi 31 iyul tarixinə təsadüf edir. İşçi 24 iyul tarixində əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında məlumatı işəgötürənə bildirir. Bu zaman işəgötürən işçiyə müddətli əmək müqaviləsinin xitamı ilə bağlı bir həftə öncədən xəbərdar etməlidir. Yeni təklif edilən dəyişikliyə əsasən, işəgötürən tərəfindən işçinin xəstəlik müddəti başa çatıdqdan sonra işə çıxdığı ilk iş günündə əmək müqaviləsinə xitam verə bilər.

Müddətli əmək müqaviləsi xitamla bağlı digər hallar həmçinin nümunəvi formanın hazırlanması haqqında geniş məlumat 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə veriləcək.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər