YENİ DƏYİŞİKLİK! ƏMAS altsistemində hazırlanan əmək müqaviləsi bildirişi formasına ehtiyac olmayacaq? (6-cı yazı)

YENİ DƏYİŞİKLİK! ƏMAS altsistemində hazırlanan əmək müqaviləsi bildirişi formasına ehtiyac olmayacaq? (6-cı yazı)

Mks.az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq.

Həmçinin 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

Əmək Məcəlləsində təklif edilən dəyişikliklərdə Məcəllənin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” adlı maddəninin 5-1-ci bəndinin ləğv edilməsi təklif edilir. Qeyd edək ki, Məcəlləsinin 5-1-ci maddəsində əmək müqaviləsi bildirişi anlayışına aydınlıq gətirilir:

5-1. Əmək müqaviləsi bildirişi  – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

“Əmək müqaviləsi bildirişi” anlayışının Əmək Məcəlləsində çıxarılması təklif olunduğu üçün Məcəllənin 49-cu, “Əmək müqaviləsinin hüquqi  qüvvəyə minməsi və qüvvədən düşməsi” maddəsi üzrə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Həmin maddəyə təkif edilən dəyişikliyə əsasən, ƏMAS altsistemində hazırlanan əmək müqaviləsi bildirişinin işəğötürənə göndərilməsinə ehtiyac olmayacaq. Həmin maddənin birinci hissəsinə təklif edilən dəyişikliyə əsasən,  bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.  

Təklif edilən dəyişiklikdən göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsi və ya ona dəyişiklik hər iki tərəfdən gücləndiirilmiş elektron imza ilə imzalandıqda hüquqi qüvvəyə minməsi nəzərdə tutulur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər