YENİ DƏYİŞİKLİK! HR mütəxəssisləri iş rejimi ilə bağlı hansı məlumatı ƏMAS altsisteminə daxil etməlidirlər? (5-ci yazı)

YENİ DƏYİŞİKLİK! HR mütəxəssisləri iş rejimi ilə bağlı hansı məlumatı ƏMAS altsisteminə daxil etməlidirlər? (5-ci yazı)

Mks.az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq.

Həmçinin 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlamaq lazımdır.

 Əmək Məcəlləsinin 103-cü, “İstirahət və nahar üçün fasilə” adlı maddəsinə təklif edilən dəyişiklikdə işəgötürənlər üçün yeni tələbin formalaşdırılması nəzərdə tutulub. Belə ki, həmin maddənin 4-cü hissəsinə yeni ikinci abzasın əlavə edilməsi təklif edilir:

 Maddə 103. İstirahət və nahar üçün fasilə

 4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir.

 Göründüyü kimi, işəgötürən iş rejimində növbə cədvəli tətbiq edirsə, bu zaman həmin məlumatı mütləq ƏMAS altsiteminə daxil etməsi təklif edilir. Maddədə istisna kimi qeyd edilən Məcəllənin 7-ci maddəsinin  2-1-ci hissəsi ilə müəyyən edilmiş hallara gəlincə isə, həmin vəzifələr  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) SİYAHISI” təsdiq edilib. Siyahıda qeyd edilən vəzifələr üzrə əmək müqavilələri üzrə məlumatlar ƏMAS altsisteminə daxil edilmədiyi üçün istisna halı kimi nəzərdə tutulub.

İşəgötürənlər üçün hər bir işçi üzrə növbə cədvəllərinin əlavə edilməsi HR-lar üçün əlavə yük yaradacağını indidən proqnozlaşdırmaq mümkündür.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər