ƏMAS altsistemində strukturda dəyişiklik olarsa, əmək qanunvericiliyinə müvafiq proseslər necə aparılır?

ƏMAS altsistemində strukturda dəyişiklik olarsa, əmək qanunvericiliyinə müvafiq proseslər necə aparılır?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Strukturla bağlı izahlardan aydın olduğu kimi, işəgötürən ƏMAS altsistemində strukrur dəyişikliyi ilə bağlı xüsusi prosedurlar həyata keçirməlidir. İşəgötürən struktur dəyişiklikləri zamanı əmək qanunvericiliyinin tələblərini necə gözləməlidir?
Mİsal 1.  İşəgötürən qərar verir ki, 5 işçisi olan mühasibatlıq bölməsinin adını dəyişərək maliyyə departmenti adlandırsın. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işəgötürənin bu addımı ştatların ixtisarı kimi başa düşülür. Bu zaman işəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərə ştatların ixtisar edilməsi ilə bağlı xəbərdar verməlidir. Həmçinin, işəgötürən tərəfindən təqdim olunan ixtisarla bağlı bildirişdə qeyd olunmalıdır ki, həmin işçilər maliyyə departmenti bölməsində müvafiq işlə təmin edilsin. Mümkündür ki, mühasibatlıq bölməsinin iki işçisi yeni yaradılan bölmədə çalışmasın, bu zaman onlara Əmək Məcəlləsinin 77-ci maddəsinə nəzərdə tutulan təminatlar verilməlidir. Digər 3 işçi yeni bölmədə işləməyə razılıq verərsə, bunu yazılı şəkildə təsdiq etməlidir.
Mİsal 2.  İşəgötürən qərar verir ki, insan resursları və hüquq bölmələrini birləşdirərək yeni strukrur bölməsi yaratsın. Bu halda da işəgötürən yuxarıda qeyd edilən prossesləri həyata keçirilməlidir. 
Mİsal 3.  İşəgötürən kağız formada düzgün olan strukrur bölmənin ƏMAS altsisteminə uyğunlaşdırılmasını həyata keçirir və ya ƏMAS altsistemində adında orfoqrafiya səhvi olan strukrur bölməsinin yenidən yaradılmasını həyata keçirir. Bu halda işəgötürən tərəfindən işçilərə hər hansı bildirişin verilməsinə ehtiyac yoxdur, daxili əmrlə həmin proses ƏMAS altsistemində həyata keçirilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər