YENİ DƏYİŞİKLİK! İşçi işəgötürənə məzuniyyətin verilməsi üçün elektron formada ərizə təqdim edə biləcək? (4-cü yazı)

YENİ DƏYİŞİKLİK! İşçi işəgötürənə məzuniyyətin verilməsi üçün elektron formada ərizə təqdim edə biləcək? (4-cü yazı)

Mks.az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq. 
Həmçinin 29 iyun 2024-cü il tarixdə “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

Öncəki yazılarımızda qeyd etdiyimiz kimi, Əmək Məcəlləsində təklif edilən dəyişikliklərə əsasən, işəgötürən və işçi arasında bəzi rəsmi yazışmaların elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, işəgötürən tərəfindən məzuniyyətlərin verilməsi zamanı işçinin kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə ərizə verməsi təklif edilir. Belə ki, Əmək Məcəlləsinin 138-ci, “Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması” maddəsinin birinci hissəsinin aşağıdakı formada təsdiq edilməsi nəzərdə tutulur:
 Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
 
1.    Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin             əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
Təklif edilən maddədən göründüyü kimi, işçi məzuniyyət hüququndan istifadə haqqında ərizəsini elektron informasiya sistemi vasitəsiylə də təqdim edilməsi təklif edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

1 Komment

  1. Şəhriyar 14 İyun 2024

    Mən bankı çıxarışı ilə əmək müfəttişliyinə müraciət etmişəm və gücü çatmadı.

Şərh yazın

Xəbərlər