YENİ DƏYİŞİKLİK! Hansı şəxslər üçün kağız formada əmək müqaviləsinin imzalanması tarixin yaddaşına köcür? (3-cü yazı)

YENİ DƏYİŞİKLİK! Hansı şəxslər üçün kağız formada əmək müqaviləsinin imzalanması tarixin yaddaşına köcür? (3-cü yazı)

MKs.az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq. 
Həmçinin 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

Əmək Məcəlləsinin 44-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin iki formada tərtib olunması nəzərdə tutulur:
-    Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda;
-    Digər hallarda isə elektron sənəd formasında.
Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) SİYAHISI” təsdiq edilib. Misal üçün, Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələrdə çalışan şəxslər üçün kağız formada bağlanan əmək müqaviləsi ƏMAS altsisteminə daxil edilmir.
Əmək Məcəlləsində yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə müəyyən edilən vəzifələrdən başqa digər hallarda əmək müqaviləsi elektron sənəd formasında tərtib olunması təklif edilir. .
Misal. Bank sektorunda çalışan işəgötürən hər hansı vəzifə üzə işçi qəbul edərsə, o zaman həmin şəxslə bağlanan əmək müqaviləsi kağız yox, elektron sənəd formasında olması nəzərdə tutulur. Əmək Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, işəgötürən elektron əmək müqaviləsini imzalanmaqüçün işçiyə göndərilməsi nəzərdə tutulur. İşçi tərəfindən də elektron formada imzalanan əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab edilməsi təklif edilir

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər