YENİ DƏYİŞİKLİK! Ştat cədvəlinin məcburiliyi Əmək Məcəlləsinə daxil edilir? (1-ci yazı)

YENİ DƏYİŞİKLİK! Ştat cədvəlinin məcburiliyi Əmək Məcəlləsinə daxil edilir? (1-ci yazı)

Mks. az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq. 
Həmçinin 29 iyun 2024-cü il tarixdə keçiriləcək “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

«Dövlət Qulluğu haqqında» AR Qanunun 7-ci maddəsində “ştat vahidi” ifadəsindən istifadə edilsə də, Əmək Məcəlləsində həmin ifadəyə rast gəlmirik. Əmək Məcəlləsində təklif edilən son dəyişikliklər nəticəsində “ştat vahidi” anlayışının daxil edilməsi nəzərdə tutulur.  Əmək Məcəlləsinin “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar “ adlı 3-cü maddəsinə 8-1-ci bəndi əlavə edilməsi təklif edilir. Həmin əlavəyə əsasən, “ştat (ştat vahidi)” anlayışının tərifinin aşağıdakı kimi verilməsi təklif edilir:
8-1. Ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid.
Həmçinin Əmək Məcələsinin 12-ci, “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” maddəsinə də ştat vahidləri ilə bağlı dəyişiklik təklif edilir. Həmin maddəyə təklif edilən dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrində biri də, elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil edilməsi nəzərdə tutulur.
Göründüyü kimi, əmək qanunvericiliyə təklif edilən dəyişikliklər nəticəsində işəgötürən tərəfindən ştat cədvəlinin yaradılması məcburi öhdəlik kimi daşıya bilər. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər