İşəgötürən həm elektron, həm də kağız üzərində məzuniyyət əmri hazırlaya bilər?

İşəgötürən həm elektron, həm də kağız üzərində məzuniyyət əmri hazırlaya bilər?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Bəzi həmkarlarımızın elektron məzuniyyət əmrlərinin tətbiqi ilə bağlı sualları yaranıb. Məsələn, elektron məzuniyyət əmrlərin hazırlanması zamanı texniki problem yaranarsa, elektron məzuniyyət əmri olmadan işçinin məzuniyyətə göndərilməsi mümkündür?
Bölmənin əvvəlində qeyd etdiyimiz kimi, elektron məzuniyyət əmrlərinin hazırlanması işəgötürənlər üçün mütləq tələb deyil. O səbəbdən də, işəgötürən elektron məzuniyyət əmri olmadan da işçinin məzuniyyətə göndərilməsini təmin edə bilər. Bu zaman Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla kağız formada məzuniyyət əmri hazırlanmalıdır. 
Digər sual işəgötürənin elektron məzuniyyət əmri ilə yanaşı, kağız formada məzuniyyət əmrlərindən istifadəsi ilə bağlıdır. ƏMAS altsitemində hazırlanan elektron əmək məzuniyyəti əmri Əmək Məcəlləsinin tələblərinə uyğun hazırlandığı üşün işəgötürən həmin məzuniyyət əmrlərini  çapa verərək imzalanmasını təmin edə bilər. 
Bir başqa sual işəgötürənin həm elektron, həm də kağız formada məzuniyyət əmrlərinin hazırlaması ilə bağlıdır.
Mİsal. İşçi ay ərzində 10 işçi üzrə elektron əmək məzuniyyəti əmri hazırlasa da, 5 işçi üzrə məzuniyyət əmrlərinin hazırlanmasını ƏMAS altsistemi üzərindən həyata keçirməyib. Prosesin ikili olaraq aparılmasında hər hansı pozuntu yoxdur. Çünki məzuniyyət əmrlərinin elektron formada həyata keçirilməsi məcburi deyil.
Bəzi işəgötürənlər ümumiyyətlə elektron məzuniyyət əmrlərindən istifadə etmirlər. ƏMAS altsistemində elektron məzuniyyət əmrləri sisteminin istifadəyə verilməsinə baxmayaraq, işəgötürən əvvəlki qaydada bütün məzuniyyət əmrlərinin yalnız kağız formada həyata keçirə bilər. Burada hər hansı qanun pozuntusu yoxdur. Çünki bölmənin əvvəlində qeyd etdiyimiz kimi qanunvericilikdə elektron məzuniyyət əmrlərinin hazırlanması ilə bağlı tələb olmağından işəgötürənlər ƏMAS altsistemində məzuniyyət əmrlərini hazırlamadan prosesi kağız formada həyata keçirə bilərlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər